Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır. Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmə

Xanım Balacayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Xanım Balacayeva

Xanım Balacayeva (28 mart 2001, Qax) — Azərbaycan şahmatçısı. Qadınlar arasında qrosmeyster (2019).

Xanım Balacayeva
Ölkə
  •  Azərbaycan
Doğum tarixi 28 mart 2001(2001-03-28) (24 yaş)
Doğum yeri
  • Qax, Qax rayonu, Azərbaycan
Titulu qadınlar arasında beynəlxalq qrosmeyster (2019)
Son reytinqi
  • 2.351 (2026)
Maksimal reytinqi 2.404 (iyul 2024)
FİDE nömrəsi 13406396
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən illəri

Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır. Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.

Şahmat karyerası

Şəxsi

2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub.

2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur.

2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur.

2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb.

2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.

2018-ci ildə qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 6 xal yarım toplayaraq, Azərbaycan çempionu adını qazanıb.

Komanda

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışdır.

2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında və Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.

2025-ci ilin noyabrında İspaniyanın Linares şəhərində təşkil olunmuş dünya komanda çempionatında Azərbaycan yığmasının heyətində gümüş medala sahib olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanım Balacayeva haqqında məlumat. Xanım Balacayeva nədir? Xanım Balacayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabulaq (Həştrud)

  • Fevral 27, 2026

    Mayami Universiteti

  • Fevral 27, 2026

    E.ə. 120

  • Fevral 27, 2026

    Hersoq

  • Fevral 27, 2026

    Qaziosmanpaşa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst