Xalxin-Qol çayı (monq. Халх гол; çin. 哈拉哈 Ha-la-ha; Ha-lo-hsin Ho) — Monqolustanın şərqində Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən çay. Çay həm də monqol mənşəli -iin şəkilçisi ilə Kalxin Qol və ya Xalx çayı kimi də adlandırılmışdır. Çayın mənbəyi Daxili Monqolustan Muxtar Rayonu ərazisindəki Böyük Xinqan dağlarının qərb yamaclarından başlayır. Aşağı tərəfdə isə Çinin Daxili Monqolustan Muxtar Rayonu ilə Monqolustan Respublikası arasında dövlət sərhəddini təşkil edir.
| Xalxin-Qol çayı | |
|---|---|
| ᠬᠠᠯᠬᠠ ᠭᠣᠣᠯ | |
![]() Xalxin-Qol döyüşü zamanı Sovet ordusuna mənsub tankın Xalxin-Qol çayında hərəkət etməsi (1939) | |
| |
| Ölkə | |
| Uzunluğu | 233 km |
| Su sərfi | 25 m³/san |
| Hövzəsinin sahəsi | 17.000 km² |
Çayın yatağı dolama və şaxələnmişdir. Sahilləri sıldırım, yamacların hündürlüyü 1–3 m, çay ağzına yaxın əraziləri alçaq, bataqlıq, qamış və kolluqlarla örtülmüşdür. Çay iki qola bölünür. Sol hissədən Buir-Nur gölünə, sağdan isə Biur-Nur və Dalanur göllərinə birləşdirən Orçun-Göl çaylarına axır. Xalxin-Qol çayı 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunan Xalxin-Qol döyüşü məşhurdur. 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında çay yatağı və çay qolları boyunca 4 ay davam etmiş şiddətli toquşşamalar baş vermişdir.
Döyüşlərə SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo cəlb edilib. 41 min insanın həlak olması ilə nəticələnən toqquşmalar Yaponiya imperiyasının məğlubiyyəti ilə nəticələnmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xalxin-qol çayı sözünün mənası, xalxin-qol çayı haqqında məlumat. xalxin-qol çayı nədir? xalxin-qol çayı nə deməkdir?

