Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub.

Xaləddin İbrahimli

  • Ana Səhifə
  • Vikipediya
  • Xaləddin İbrahimli

Xaləddin Cəlal oğlu İbrahimli (5 sentyabr 1958, Dmanisi) — tarix elmləri doktoru, siyasətçi.

Xaləddin İbrahimli
Doğum tarixi 5 sentyabr 1958(1958-09-05) (67 yaş)
Doğum yeri
  • Dmanisi, Dmanisi rayonu, Gürcüstan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti tarixçi
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Partiyası
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1997–?),
  • Müsavat Partiyası (1992–1997),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1992)

Mündəricat

Həyatı

1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub.

1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb.

X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.

1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur.

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları

Siyasi fəaliyyəti

Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Mü­savat Partiyasının bərpasına qoşulub, təşkilatın Azər­baycan­da bər­paçılarındandır.

1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tə­na­süd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıra­la­rı­na daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkə­zinin rəhbəri seçilmişdir.

Əsərləri

Dərs və tədris-metodiki vəsaitlər

  1. Politologiya (interaktiv dərs materialları) Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s.
  2. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh.
  3. Beynəlxalq münasibətlər nəzəriyyəsi(tədris proqramı və metodikası)). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.

Kitabları

  1. Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh.
  2. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.
  3. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
  4. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 str. 260
  5. Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
  • Müştərək müəlliflərlə çap olunan kitablari
  1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, "Прогресс-Традиция"-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
  2. Borçalı: dünən, bu gün, sabah. Bakı, "Adiloğlu" nəşriyyatı, 2010. (G. Hacıbəyli və K. Ramazanlı ilə birgə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xaləddin i̇brahimli sözünün mənası, xaləddin i̇brahimli haqqında məlumat. xaləddin i̇brahimli nədir? xaləddin i̇brahimli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Intel Architecture

  • Fevral 27, 2026

    Bartolin vəziləri

  • Mart 01, 2026

    Negev

  • Fevral 27, 2026

    Fuad Hacızadə

  • Fevral 27, 2026

    Türkiyə Prezidenti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst