Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Mahmud oğlu Hacızadə (19 iyun 1952, Siyəzən) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akadem

Fuad Hacızadə

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Hacızadə

Fuad Mahmud oğlu Hacızadə (19 iyun 1952, Siyəzən) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü.

Fuad Hacızadə
Doğum tarixi 19 iyun 1952(1952-06-19) (73 yaş)
Doğum yeri
  • Siyəzən, Siyəzən rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahəsi aerokosmik tədqiqatlar
Elmi dərəcəsi texnika elmləri doktoru
İş yeri
  • Azərbaycan Milli Aerokosmik Agentliyi
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti

Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991–2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008–2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009–2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti

F. Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumlarda çıxış etmişdir.

O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. 1998-ci ildə Avstriyanın Qrats şəhərində BMT tərəfindən "Yerin təbii ehtiyatlarının tədqiqi və müasir kosmik texnologiya" mövzusunda keçirilən beynəlxalq simpoziumda F. Hacızadənin Azərbaycanda ətraf mühitin aerokosmik üsullarla öyrənilməsi sahəsində aparılan işlər barədə məlumatı dinlənilmişdir. Alim 2000-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq radiasiya" simpoziumunda da geniş elmi məruzə ilə çıxış etmişdir.

Bir sıra xarici ölkələrdə, o cümlədən Almaniyada (1976-cı il), Türkiyədə (1993-cü il), Avstriyada, İranda (1997-ci il) qısamüddətli elmi ezamiyyətlərdə olmuşdur.

Ekoloq alimin Azərbaycanda və xaricdə 100-dən artıq elmi məqaləsi və əsəri çapdan çıxmışdır. 1997-ci ildə "Atmosferin ekoloji monitorinqi" adlı monoqrafiyası nəşr etdirmişdir. O, atmosferin ekoloji monitorinqi sahəsində apardığı tədqiqatları və aldığı elmi nəticələri yekunlaşdıraraq, 1998-ci ildə "Atmosferin ekoloji monitorinqi üçün cihazların və üsulların işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında ekologiyaya və yerin aerokosmik tədqiqatına dair silsilə mühazirələr oxumuşdur.

Professor F. Hacızadə Rusiyanın populyar dövri elmi nəşrlərindən biri olan, Sankt-Peterburqda çap edilən "Biosfera" beynəlxalq elmi-tətbiqi jurnalının redaksiya üzvüdür. O, həmçinin 1999-cu ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Professor F. Hacızadə elmi kadrların yetişməsində fəal iştirak edir. İndiyədək onun rəhbərliyi ilə doqquz elmlər namizədi, bir elmlər doktoru öz araşdırmalarını uğurla yekunlaşdırmış, müvafiq elmi dərəcə almışlar.

İctimai-siyasi fəaliyyəti

Fuad Hacızadə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999–2007-ci illərdə YAP Binəqədi rayon təşkilatının sədri olmuş, YAP-ın I və II qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Hacızadə haqqında məlumat. Fuad Hacızadə nədir? Fuad Hacızadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fransalı Klod

  • Fevral 23, 2026

    7 yanvar

  • Fevral 27, 2026

    Asfalt

  • Fevral 27, 2026

    Sovetlər

  • Fevral 27, 2026

    Taxıl taxtabitisi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst