Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublika

Xabez rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Xabez rayonu

Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur.

Xabez rayonu

44°02′ şm. e. 41°46′ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Xabez
Tarixi və coğrafiyası
Sahəsi
  • 565 km²
Saat qurşağı
  • Moskva vaxtı[d]
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 30.965 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu 87873
Rəsmi sayt
Xabez rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Xabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə Abazin və Prikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu.

Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.

Rayondakı hidroqrafik şəbəkə əsasən çoxlu sayda qolu olan Bolşoy Zelençuk və Malı Zelençuk çaylarının alt hövzələri ilə təmsil olunur.

Rayonun ümumi sahəsi 528.53 km²-dir (2013-cü ildən bəri).

Tarixi

1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)

12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

  • Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.

1997-ci ildə rayonda 10 inzibati vahid qurulur. 2004-cü ildə rayon ərazisində kənd yaşayış məntəqəsi statusuna malik 12 bələdiyyə təşkil olunur.

2006-cı ildə İnjiç-Çukun və Elburqan kəndləri yeni təşkil olunan Abazin rayonuna verildi.

Əhali

Milli tərkib
Xalq20102002
Çərkəzlər28 877
(95,1 %)
25 936
(81,3 %)
noqaylar622
(2,0 %)
676
(2,1 %)
abazinlər372
(1,2 %)
4 478
(14,0 %)
ruslar174
(0,6 %)
371
(1,2 %)
qaraçaylılar78
(0,3 %)
109
(0,3 %)
digərləri233
(0,8 %)
315
(1,0 %)
ümumi30 356
(100,0 %)
31 885
(100,0 %)
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 3 282 3 153 6 435 21,20 %
15 — 59 yaş 9 667 10 292 19 959 65,75 %
60 yaşdan yuxarı 1 552 2 410 3 962 13,05 %
ümumi 14 501 15 855 30 356 100,0 %

Kişilər — 14 501 nəf. (47,8 %). Qadınlar — 15 855 nəf. (52,2 %).

Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 33,2 yaş. Qadınların orta yaşı — 35,5 yaş.

İnfrastruktur

2000-ci illərdə rayondakı bir sıra yaşayış məntəqələri qazlaşdırıldı. Bəzi kəndlərdə məktəb, uşaq bağçası və digər sosial obyektlər açıldı. Xabez kəndində «Adiyuh-Palace» otel-sağlamlıq kompleksi fəaliyyət göstərir. Ayrıca rayonda bəzi mənbələrə görə, beynəlxalq nüvə sınağı izləmə sistemi üçün bir stansiya da vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xabez rayonu sözünün mənası, xabez rayonu haqqında məlumat. xabez rayonu nədir? xabez rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkistan vilayəti

  • Mart 01, 2026

    Keçkemet

  • Mart 01, 2026

    134 (ədəd)

  • Fevral 24, 2026

    Tunc dövrü

  • Fevral 24, 2026

    İxtiologiya

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst