Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur.
| Abazin rayonu | |||||
|---|---|---|---|---|---|
| abq. Абаза район kab.-çərk. Абазэ район / Абазэ куей qaraç.-balk. Абаза район noq. Абаза район | |||||
| |||||
| |||||
| 44°03′30″ şm. e. 41°47′10″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| İnzibati mərkəz | İnjiç-Çuqun | ||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 2006 | ||||
| Sahəsi |
| ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 87873 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Coğrafiyası
Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir.
Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir. Rayonun digər əhəmiyyətli çayları: Elburqan, Bolşoy Elbruqan, Hatapatikor, Kara-Paqo və Çibiş.
Tarixi
Çərkəz milli dairəsi mövcudluğu dövründə (1926-1928), abazinlərin cəmləşdiyi Abazin-Noqay və Elburqan rayonlarını əhatə etdirdi. Sonradan Abazinlərin sonradan öz «milli» rayonları olmamışdır. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən Abazin icması Abazin rayonunun təşkili barədə fikirlər səsləndirirdilər. Sovet İttifaqından sonrakı dövrdə V.İ.Xubiyev (1992-1999) və V.M.Semenov Qaraçay-Çerkesiyanın başında olanda bu fikirlər respublika rəhbərliyi səviyyəsində dəstəklənmişdir. Lakin icrata alınmamışdır.
25 dekabr 2005-ci ildə Prikubanski, Ust-Cequtinski və Xabez rayonlarının abazinlərin cəm halında yaşadığı 5 aulundan Abazin rayonunun təşkili ilə bağlı referendum keçirildi. 29 dekabr 2005-ci ildə referendumun nəticələri Qaraçay-Çərkəz Respublikası Xalq Məclisinin qərarı ilə təsdiq edildi. Rusiya Federasiyası Hökuməti 1 iyun 2006-cı il tarixində yeni rayonun adını təsdiqlədi. Rayonun rəsmi saytına görə, rayonun rəsmi tarixi 25 dekabr 2005-ci ildir.
Yeni rayona beş yaşayış məntəqəsi daxildir - Kubina aulu (Ust-Cegutinski rayonu), Psıj və Kara-Paqo aulları (Prikubanski rayonu), Elburqan və İnjiç-Çukun aulları (Xabez rayonu). 27 noyabr 2006-cı ildə Qaraçay-Çərkəz Respublikası Parlamentinin qərarı ilə «Yujnı» istixana kompleksi Abazin rayonuna verilir. 1 iyun 2006-cı ildən etibarən rayonun müvəqqəti rəhbərliyi fəaliyyətə başlayaır. Abazin rayonunun yeni hakimiyyəti və idarələri 1 yanvar 2009-cu ilədək tam şəkildə formalaşdırılır.
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
| Xalq | Say, nəf. | Ümumi əhaliyə olan nisbəti, % |
|---|---|---|
| abazinlər | 14 808 | 86,75 % |
| çərkəzlər | 853 | 5,00 % |
| ruslar | 690 | 4,0 % |
| qaraçaylılar | 327 | 1,92 % |
| noqaylar | 59 | 0,35 % |
| tatarlar | 50 | 0,29 % |
| abxazlar | 41 | 0,24 % |
| digərləri | 169 | 0,99 % |
| milliyyətini bildirməyənlər | 72 | 0,42 % |
| ümumi | 17 069 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:
| Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
|---|---|---|---|---|
| 0 — 14 yaş | 1 629 | 1 524 | 3 153 | 18,47 % |
| 15 — 59 yaş | 5 627 | 5 937 | 11 564 | 67,75 % |
| 60 yaşdan yuxarı | 908 | 1 444 | 2 352 | 13,78 % |
| ümumi | 8 164 | 8 905 | 17 069 | 100,0 % |
Kişilər — 8 164 nəf. (47,8 %). Qadınlar — 8 905 nəf. (52,2 %).
Əhalinin orta yaşı — 35,7 yaş. Kişilərin orta yaşı — 34,3 yaş. Qadınların orta yaşı — 37,0 yaş.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abazin rayonu haqqında məlumat. Abazin rayonu nədir? Abazin rayonu nə deməkdir?

![Bayraq[d]](/uploads/wikipedia/b85d4aa984ca8ceb9909960ba7f2ad2d.png)
