Xəzər Ağaəli oğlu İsayev (1 fevral 1963, Ağdaş) — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru, Gömrük xidməti Polkovniki
| Xəzər İsayev | |
|---|---|
| Xəzər Ağaəli oğlu İsayev | |
| |
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı | |
| Doğum tarixi | 1 fevral 1963 (63 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Çəkisi | 62 kq |
| İdman növü | idman güləşi[d], sərbəst güləş |
Həyatı
1 fevral 1963-ci ildə Ağdaş rayonunda anadan olub.
1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.
"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.
Nəticələri
- 1985 — SSRİ Kuboku (Bakı)- I yer;
- 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer;
- Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer;
- Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer;
- Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer);
- 1987 — SSRİ çempionatı — I yer;
- Avropa çempionatı (Bolqarıstan) — I yer;
- Dünya Kuboku (ABŞ) — I yer;
- 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.
Xatirəsi
1990-cı ildə Rafiq Yüzbaşov tərəfindən Xəzər İsayevə həsr olunmuş Çempion adlı qısametrajlı sənədli film çəkilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəzər İsayev haqqında məlumat. Xəzər İsayev nədir? Xəzər İsayev nə deməkdir?
