Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor.

Xəqani Cəbrayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Xəqani Cəbrayılov

Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor.

Xəqani Cəbrayılov
Xəqani Sərdar oğlu Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1968(1968-01-24) (58 yaş)
Doğum yeri
  • Cahangirbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Blaqoveşnsk Ali Tank Komandanlıq Məktəbi[d],
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Hərbi fəaliyyəti
Qoşun növü quru qoşunları
Xidmət illəri 1989-2021
Rütbəsi General-mayor
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib. 25 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2021-ci ilin yanvar ayında ehtiyata buraxılıb.

Xidməti dövründə 1 orden və 15 medalla təltif edilib.

Mükafatları

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2003 tarixli əmri
  2. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2003 tarixli əmri
  3. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 23.06.2005 tarixli əmri
  4. "Vətən uğrunda" medalı — Azərbaycan Respublikası Prezidentinin 24.06.2005 tarixli Sərəncamı
  5. "Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikası Prezidentinin 25.06.2011 tarixli Sərəncamı
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 24.06.2013 tarixli əmri
  7. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 05.07.2014 tarixli əmri
  8. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 20.10.2014 tarixli əmri
  9. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 24.06.2015 tarixli Sərəncamı
  10. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2015 tarixli əmri
  11. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2016 tarixli əmri
  12. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2016 tarixli əmri
  13. "İgidliyə görə" medalı — Azərbaycan Respublikası Prezidentinin 25.06.2018 tarixli Sərəncamı
  14. "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubileyi medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2018 tarixli əmri
  15. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikası yubileyi medalı — Azərbaycan Respublikası Prezidentinin 25.07.2019 tarixli Sərəncamı
  16. "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 09.12.2019 tarixli əmri.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəqani Cəbrayılov haqqında məlumat. Xəqani Cəbrayılov nədir? Xəqani Cəbrayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Hindi

  • Fevral 27, 2026

    Şapsuqlar

  • Fevral 27, 2026

    Bayıl qalası

  • Fevral 27, 2026

    Yeşiviş

  • Fevral 27, 2026

    Approksimasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst