Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.
| Baş-Muğan kanalı | |
|---|---|
| |
| Axdığı yerlər | Şirvan, Azərbaycan |
| Giriş | Araz çayı, Bəhramtəpə su anbarı |
| Uzunluğu | 34 km. |
Haqqında

- Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır.
- Kanal vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
- Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir.
- Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır.
- Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir.
- Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
- Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir.
- Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir.
- Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.
- Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.
Həmçinin bax
- Samur-Abşeron kanalı
- Yuxarı Qarabağ kanalı
- Yuxarı Şirvan kanalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baş-Muğan kanalı haqqında məlumat. Baş-Muğan kanalı nədir? Baş-Muğan kanalı nə deməkdir?