Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd. Kənd Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşir.
| Xıdırlı | |
|---|---|
| |
| 40°00′55″ şm. e. 46°53′48″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0226 |
![]() Xıdırlı | |
Tarixi
1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-cü il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.
2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulub.
2024-cü il sentyabrın 19-da İlham Əliyev kənddə görülən bərpa işləri ilə tanış olub.
Əhalisi
Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.
Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb.
Tanınmışları

- Səlimə Rüstəmova — maarif xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.
- Raqub Məmmədov — Ağdam Rayon icra hakimiyyətinin başçısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xıdırlı (Ağdam) haqqında məlumat. Xıdırlı (Ağdam) nədir? Xıdırlı (Ağdam) nə deməkdir?
