Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Səlimə Rüstəmova

  • Ana Səhifə
  • Vikipediya
  • Səlimə Rüstəmova

Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova
Doğum tarixi 1923(1923)
Doğum yeri
  • Xıdırlı, Ağdam rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 16 avqust 1998(1998-08-16) (74–75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti pedaqoq

Mündəricat

Həyatı

Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır.

Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir.

Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.

Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir.

Ailəsi

Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.

Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.

Bacıları — Saimə xanım, Qənirə xanım

Qardaşları — Sabir Rüstəmov, Akif Rüstəmov

Həyat yoldaşı — Hüseyn Hüseynov uzun illər Ağdam rayon maliyyə şöbəsinin müdiri işləmişdir.

Övladları — Kamilə, Yaşar, Fəxrəddin

Həmçinin bax

  • Akif Rüstəmov
  • Xıdırlı kəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səlimə Rüstəmova haqqında məlumat. Səlimə Rüstəmova nədir? Səlimə Rüstəmova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    XI Georgi

  • Fevral 25, 2026

    Fəlsəfə

  • Fevral 27, 2026

    Ceyms Coys

  • Fevral 27, 2026

    Əbdülqədir Geylani

  • Fevral 27, 2026

    Miranda Riçardson

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst