Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

VikiLiks (ing. WikiLeaks) — dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq media təşkilatı və sosial int

Wikileaks

  • Ana Səhifə
  • Vikipediya
  • Wikileaks

VikiLiks (ing. WikiLeaks) — dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq media təşkilatı və sosial internet layihə. Sayt kriptoqrafiyanın (şifrləmə) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır. Saytın hostu İsveçdə yerləşən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, VikiLiks öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.

WikiLeaks
WikiLeaks
Loqonun şəkli
URL wikileaks.org
Tipi beynəlxalq təşkilat
Dilləri ingilis dili
Müəllif (lər) Culian Assanc
Açılma tarixi 4 oktyabr 2006
Alexa reytinqi
  • 16.899 (2017)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Senzura

VikiLiksi internetdən yığışdırmaq üçün edilmiş bütün cəhdlərin boşa çıxmasına baxmayaraq, sayt Çin və Avstraliyada müəyyən dərəcədə senzuraya məruz qalmışdır. Belə ki, Çində əsas axtarış sistemləri, Baidu və Yahoo! da daxil olmaqla, VikiLiksə olan bütün keçidləri qadağan etmişlər. Avstraliyada isə 16 mart 2009-cu ildə VikiLiksə linki olan bütün sayt URL-larının qara siyahısı hazırlanmışdır. Senzura tətbiq olunduğu halda, Avstraliyadan bu saytlara giriş mümkün olmayacaq.

Saytın rəhbəri Culian Assanc müsahibələrində dəfələrlə bildirmişdir ki, ABŞ hakimiyyəti onu cəzalandırmağa hazırlaşır. Bir neçə ay müddətinə saytda "Sığorta" adlı xüsusi məxfi fayl yerləşdirilmişdi. Bu faylı internetdən silmək mümkün olsa da, onu açmaq üçün xüsusi kod lazımdır. Ehtimal olunur ki, bu faylda yerləşdirilən kompromatlar ABŞ hakimiyyətini daha çox narahat edir və Assanca qarşı sui-qəsd olacağı halda oradakı məlumatlar yayımlanacaq.

Bu saytda Azərbaycana və birbaşa Azərbaycan hökumətinə aid sənədlər də dərc olunub. Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırmışdır.

Həmçinin bax

  • ABŞ diplomatiyasının qara günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Wikileaks haqqında məlumat. Wikileaks nədir? Wikileaks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yan Sobieski

  • Mart 01, 2026

    Dəlibəng

  • Fevral 27, 2026

    Melicope

  • Fevral 27, 2026

    Espoo

  • Fevral 27, 2026

    Miyandoab şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst