Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vəliüddin Əfəndi (1684, İstanbul – 25 oktyabr 1768, İstanbul) — Osmanlı alimi, xəttatı və şeyxülislamı.

Vəliüddin Əfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Vəliüddin Əfəndi

Vəliüddin Əfəndi (1684, İstanbul – 25 oktyabr 1768, İstanbul) — Osmanlı alimi, xəttatı və şeyxülislamı.

Vəliüddin Əfəndi
97. Osmanlı şeyxülislamı
ƏvvəlkiÇələbizadə İsmayıl Asım Əfəndi
SonrakıƏbubəkrzadə Əhməd Əfəndi
100. Osmanlı şeyxülislamı
23 aprel 1767 – 25 oktyabr 1768
ƏvvəlkiDürrizadə Mustafa Əfəndi
SonrakıPirizadə Osman Sahib Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1684
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 25 oktyabr 1768 (83–84 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Atası Hacı Mustafa ağa
Uşaqları Mustafa Rəşid Əfəndi
Mehmed Əmin Əfəndi

Həyatı

1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır.

Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi. Tarixçi Şəmdanizadənin yazdığına görə, olduqca ədalətli və dürüst biri olan Vəliüddin Əfəndinin vəzifədən alınmasına onun müxalifləri tərəfindən yazılan yalançı ərizələr səbəb olmuşdur.

Çələbizadə Asım Əfəndinin şeyxülislamlığa gətirilməsiylə bağlı sarayda keçirilən mərasimə sədrəzəm Raqif Paşayla birlikdə qatılan Vəliüddin Əfəndi sultanın hüzuruna çıxarıldı və bağışlanaraq 26 iyul 1759-cu ildə İstanbula geri çağırıldı. Asım Əfəndinin vəfatının ardından 16 fevral 1760-cı ildə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə təyini əsnasında xəstəliyi səbəbilə saraya gələ bilməmiş, Sultan Mustafanın əmriylə köşkündə qalmasına icazə verilmişdir. Üstəlik Osmanlı tarixində ilk dəfə olaraq, sultanın hüzurunda geyinməli olduğu xüsusi geyimi (fərveyi bəyza) evinə göndərildi. Ancaq sərt xasiyyəti və səhhətinin pisləşməsi səbəbilə 6 sentyabr 1761-ci ildə vəzifədən alındı. Ardından həccə getməsinə və həcc mövsümünə qədər Bursada yaşamasına qərar verildi. Buna baxmayaraq çox keçmədən bağışlandı və yenidən İstanbula çağrıldı. 23 aprel 1767-ci ildə vəzifədən alınan Dürrizadə Mustafa Əfəndinin yerinə ikinci dəfə şeyxülislam oldu. Yenə bir ildən çox bu vəzifədə qalmış, bu dəfə isə xəstəliyi səbəbilə 25 oktyabr 1768-ci ildə vəfat etmişdir. Qoca Mustafa Paşa məscidində qılınan cənazə namazının ardından Əyyubsultanda dəfn edildi.

Böyük oğlu Mustafa Rəşid Əfəndi müdərris ikən 1767-ci ildə vəfat etdi və Fateh məscidi həyətinə dəfn edildi. 3 dəfə Rumeli qazəsgəri olan kiçik oğlu Hacı Mehmed Emin Əfəndi isə 13 yanvar 1806-cı ildə vəfat etdi və Şeyx Murad dərgahına dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəliüddin Əfəndi haqqında məlumat. Vəliüddin Əfəndi nədir? Vəliüddin Əfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dinaburq FK

  • Fevral 28, 2026

    Bəhram Gur

  • Fevral 23, 2026

    Windows 2.0

  • Fevral 27, 2026

    Ağsuçay

  • Mart 01, 2026

    Mustafa Kamal

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst