Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vitali Yunus oğlu Səmədov (24 sentyabr 1919, Nijni Novqorod – 11 noyabr 2015, Moskva) – partiya işçisi, fəlsəfə elmləri namizədi, Azərbaycan SSR EA-nın Tarix və

Vitali Səmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Vitali Səmədov

Vitali Yunus oğlu Səmədov (24 sentyabr 1919, Nijni Novqorod – 11 noyabr 2015, Moskva) – partiya işçisi, fəlsəfə elmləri namizədi, Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü, Azərbaycan KP-nın MK-nin ikinci katibi.

Vitali Səmədov
rus. Виталий Юнусович Самедов
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi
1952 – 1955
ƏvvəlkiAndrey Malyutin
SonrakıVladimir Semiçastnı
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1919(1919-09-24)
Doğum yeri
  • Nijni Novqorod, Nijeqorod quberniyası[d], Sovet Rusiyası[d]
Vəfat tarixi 11 noyabr 2015(2015-11-11) (96 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

Həyatı

Vitali Yunus oğlu Səmədov 1919-cu il sentyabrın 24-də Moskva şəhərində anadan olub. 1984-cü ildə vəfat edib.

Təhsili

  • 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun Elektrik Mühəndisliyi fakültəsini bitirmişdir.
  • 1947-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ali Partiya Məktəbində təhsili başa vurub.
  • 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Elmi-təşkilatı fəaliyyəti

  • 1942–1944-cü illərdə Azərbaycan SSR XDİK orqanlarına işə göndərilmişdir.
  • Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının MK-nın ikinci katibi (1944–1946) olmuşdur.
  • 1948-сi ilin avqust ayından Azərbaycan SSR EA-nın Fəlsəfə Sektorunda kiçik elmi işçi vəzifəsində işləmişdir.
  • XX əsrin 50-ci illərində akademiya və onun müəssisələrinin partiyaçı kadrlar ilə "doldurulması" prosesi yüksək sürətlə gedirdi. 1951-ci ilin fevralın 16-da Tarix və Fəlsəfə İnstitutunun direktoru vəzifəsinə partiya işçisi, fəlsəfə elmləri namizədi Vitali Səmədovun təyin edilməsi də məhz bununla bağlı idi.
  • 1952-ci il iyunun 14-nə kimi Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru olub.
  • 1951-ci ilin iyun ayında o, partiya işinə keçirilərək Azərbaycan KP MK-nin elm və təhsil şöbəsinin müdiri, sonradan 1952-ci ildə Azərbaycan KP-nın MK-nin ikinci katibi seçilmişdir.
  • 1948–1960-cı illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
  • 1954-cü ildə Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü seçilmişdir.
  • 1954-cü il 4-сü çağırışında SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
  • 1956-cı ildə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin üzvü, 1959-cu il çağırışında Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
  • 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Marksizm-Leninizm İnstitutunda (1971-ci ildən marksizm-leninizm tarixi bölməsinin müdiri) işləmişdir.
  • 1971-ci ildə SSRİ EA-nın ictimai fikir tarixinə dair Elmi Şurasının üzvü olmuşdur.

Əsərləri

V.Y.Səmədovun əsas tədqiqatları marksizm-leninizm tarixi, ictimai fikir və inqilabi hərəkat tarixi sahəsindədir. Azərbaycan Kommunist Partiyasının tarixi" əsərinin müəlliflərindən biri olub. Əsas əsərləri aşağıdakılardır:

  • Роль марксизма в развитии биологической науки [Текст] / В. Самедов ; Акад. наук Азербайдж. ССР. Ин-т философии. - Баку : Изд-во Акад. наук АзССР, 1950 (тип. "Кр. Восток"). — 130 с.
  • Распространение марксизма-ленинизма в Азербайджане [Текст]. - Баку : Азернешр, 1962–1966. — 2 т.
  • Очерки о творческом характере марксизма-ленинизма [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1952. — 418 с.
  • Развитие И. В. Сталиным диалектического и исторического материализма в труде "Марксизм и вопросы языкознания" [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1951. — 118 с.
  • Творческая роль марксизма-ленинизма в развитии биологической науки [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1953. — 108 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vitali səmədov sözünün mənası, vitali səmədov haqqında məlumat. vitali səmədov nədir? vitali səmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ənsarilər

  • Fevral 27, 2026

    Avropa ölkələri

  • Fevral 27, 2026

    Kevin Mitnik

  • Fevral 27, 2026

    Asteridlər

  • Fevral 27, 2026

    Şükriyyə Cavad

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst