Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vistəhm yaxud Bistam (bilinmir – 600, Ktesifon) — Sasanilər dövlətinin hökmdarlığına iddiaçı, Bavinin nəvəsi.

Vistəhm

  • Ana Səhifə
  • Vikipediya
  • Vistəhm

Vistəhm yaxud Bistam (bilinmir – 600, Ktesifon) — Sasanilər dövlətinin hökmdarlığına iddiaçı, Bavinin nəvəsi.

Vistəhm
بیستام‎
Vistəhmin pulu
Vistəhmin pulu
Sasanilər dövlətinin hökmdarlığına iddiaçı
596 – 600
ƏvvəlkiII Xosrov
SonrakıII Xosrov
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi 600
Vəfat yeri Ktesifon
Fəaliyyəti hərbi lider[d]
Atası Şapur
Həyat yoldaşı Qordiya
Ailəsi Sasani sülaləsi[d]
Dini Zərdüştilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlkin dövrləri

Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi hakimləri olub, imperiyada yüksək yerlərdə vəzifə sahibi idilər. Ataları Şapurun IV Hörmüz tərəfindən öldürülməsindən sonra Vistəhm onun torpaqlarını almışdı. Hörmüzün sərt siyasəti 590-cı ildə Bəhram Çubin üsyanına səbəb olmuşdu. Bəhram öz ordusu ilə Ktesifonu mühasirəyə alarkən Hörmüzün siyasətindən bezən Vistəhm və qardaşı Hörmüzü həbs edərək kor etdilər və II Xosrovu taxta çıxardılar. Lakin bunlar Bəhramı dayandıra bilmədi və qardaşlar Xosrovla birgə Azərbaycana qaçmağa məcbur qaldılar. Yolda Bəhram tərəfindən saxlansalar da Vinduyih özünü Xosrov kimi qələmə verərək qardaşının qaçmasına şərait yaratdı.

Blarafon döyüşü

591-ci ilin avqustu II Xosrov 12000 Erməni süvarisi, Vistəhm 8000 Azərbaycan əsgəri ilə Qazaka yaxınlığında Bəhram Çubini məğlub edərək yenidən şah oldu.

Üsyanı

Xosrov taxtı ələ keçirdikdən sonra Vinduyihi saray xəzinəsinin sədrliyinə, Vistəhmi isə Şərqin ispahbudanlığına - Təbəristan və Xorasan hakimliyinə təyin etdi. Lakin tezliklə atasının intiqamını almaq fikrinə düşən Xosrov Vinduyihin ölümünə fərman verdi. Vistəhm qardaşının öldürülməsini xəbərini alan kimi üsyana qalxdı və şahlığa iddia etməyə başladı. Vistəhmin Xosrova təhqiramiz məktubu haqqında Dinəvəri belə bir sitat gətirir:

Sən taxta məndən daha layiq deyilsən. Mən isə İsgəndərə qarşı döyüşən Daranın oğlu Daranın nəslindənəm. Siz Sasanilər bizə kələklə üstün gəldiniz, haqqımızı əlimizdən aldınız və bizə ədalətsiz davrandınız. Sənin baban Sasan bir çoban idi.

Üsyana dəstək toplamaq üçün Bəhram Çubinin bacısı Qordiya ilə evlənmiş, oğlu Şapuru isə öz ordusunun sipəhsaları təyin etmişdi. Ceyhundan Ərdəbilə qədər geniş bir ərazini idarə edən Vistəhm hətta şərqdə iki Eftalit knyazını da hakimiyyəti altına ala bilmişdi. Erməni mərzbanı IV Smbat Baqratuninin başçılığı altında ona qarşı Sasani ordusu göndərilmiş, Vistəhm müharibəni qazanmağa az qalmış, Priok adlı hun knyaz tərəfindən öldürülərək başı Xosrova göndərilmişdi.

Ailəsi

Oğulları Tiriyu və Vinduyə ərəblərə qarşı Sasani ordusunda sərkərdə olmuşlar. Yerinə qardaşı oğlu Fərrux Hörmüz keçmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vistəhm haqqında məlumat. Vistəhm nədir? Vistəhm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Afaziya

  • Fevral 27, 2026

    U

  • Fevral 27, 2026

    Taif şəhəri

  • Fevral 28, 2026

    Ksanfa (okeanida)

  • Fevral 23, 2026

    Tətbiqi proqram

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst