Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi haki

Vinduyə

  • Ana Səhifə
  • Vikipediya
  • Vinduyə

Vinduyə — İspahbudan sülaləsindən Sasani dövlət xadimi.

Vinduyə
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi bilinmir
Fəaliyyəti hərbi qulluqçu
Uşağı
  • Fərrux Hörmüz

Həyatı

Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi hakimləri olub, imperiyada yüksək yerlərdə vəzifə sahibi idilər. Ataları Şapurun IV Hörmüz tərəfindən öldürülməsindən sonra Vistəhm onun torpaqlarını almışdı. Hörmüzün sərt siyasəti 590-cı ildə Bəhram Çubin üsyanına səbəb olmuşdu. Bəhram öz ordusu ilə Ktesifonu mühasirəyə alarkən Hörmüzün siyasətindən bezən Vistəhm və qardaşı Hörmüzü həbs edərək kor etdilər və II Xosrovu taxta çıxardılar. Lakin bunlar Bəhramı dayandıra bilmədi və qardaşlar Xosrovla birgə Azərbaycana qaçmağa məcbur qaldılar. Yolda Bəhram tərəfindən saxlansalar da Vinduyə özünü Xosrov kimi qələmə verərək qardaşının qaçmasına şərait yaratdı.

Xosrov taxtı ələ keçirdikdən sonra Vinduyəni saray xəzinəsinin sədrliyinə, Vistəhmi isə Şərqin ispahbudanlığına — Təbəristan və Xorasan hakimliyinə təyin etdi. Lakin tezliklə atasının intiqamını almaq fikrinə düşən Xosrov Vinduyənin ölümünə fərman verdi. Vinduyə həbsdən sonra Xosrovu təhqir etdi və Sasanilərin vəfasızlığı barədə qışqırmağa başladı. Daha sonra həbsdən qaçaraq qardaşına qoşulmağa çalışsa da ələ keçirilərək əli və ayaqları kəsildi və çarmıxa gərilərək edam olundu.

Vistəhm qardaşının öldürülməsini xəbərini alan kimi üsyana qalxdı və şahlığa iddia etməyə başladı. Fərrux Hörmüz adlı oğlu olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vinduyə sözünün mənası, vinduyə haqqında məlumat. vinduyə nədir? vinduyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Koreya Respublikası

  • Fevral 24, 2026

    Ağdam rayonu

  • Mart 01, 2026

    III Bakar

  • Fevral 27, 2026

    Əbdül-Bəha Abbas

  • Fevral 28, 2026

    E.ə. 495

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst