Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıyev Vilyam Fəhralı oğlu (10 avqust 1957, Xanlar) — İmişli, Samux və Göygöl rayon icra hakimiyyətlərinin sabiq başçısı.

Vilyam Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Vilyam Hacıyev

Hacıyev Vilyam Fəhralı oğlu (10 avqust 1957, Xanlar) — İmişli, Samux və Göygöl rayon icra hakimiyyətlərinin sabiq başçısı.

Vilyam Hacıyev
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
14 aprel 2012 – 6 may 2020
ƏvvəlkiƏbülfəz Ağayev
SonrakıElçin Rzayev
Samux Rayon İcra Hakimiyyətinin başçısı
7 fevral 2006 – 14 aprel 2012
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı
26 mart 2004 – 7 fevral 2006
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1957(1957-08-10) (68 yaş)
Doğum yeri
  • Xanlar, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20172017

Mündəricat

Həyatı

10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olmuşdur.

1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu, ictimai fəal Bəxtiyar Hacıyevin, Müsavat Partiyasının sabiq başqan müavini, sabiq deputat Arzu Səmədbəyli və siyasətçi, sabiq prezident Əbülfəz Elçibəyin yeznəsi Aqil Səmədbəylinin uzaq qohumudur.

Həbsi

5 may 2020-ci ildə məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür. Eyni zamanda, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Əlavə olaraq, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir. Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Vilyam Hacıyevin tabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilmişdir.

6 may 2020-ci ildə istintaq orqanı tərəfindən V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmişdir. Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.

1 sentyabr 2020-ci ildə Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı Səbail Rayon Məhkəməsinə təqdimat vermişdir.

25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2024-cü ilin iyununda cəzası Ali Məhkəmə tərəfindın 8 il 6 aya endirilib.

Karyerası

1979–1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999–2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002–2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004–2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006–2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

14 aprel 2012-ci il tarixdən 5 may 2020-ci il tarixədək İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 5 may 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılmış və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vilyam hacıyev sözünün mənası, vilyam hacıyev haqqında məlumat. vilyam hacıyev nədir? vilyam hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Samo dövləti

  • Mart 06, 2026

    Odsaçan

  • Fevral 27, 2026

    E.ə. 675

  • Fevral 27, 2026

    Kosmokimya

  • Fevral 27, 2026

    Qonur palazqulaq

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst