Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ülvi Həsənli (tam adı: Ülvi Fəxrəddin oğlu Həsənov; d. 10 avqust 1987, Kirovabad) — Azərbaycan jurnalisti və siyasi fəalı. O, əvvəllər Dalğa Gənclər Hərəkatı, A

Ülvi Həsənli

  • Ana Səhifə
  • Vikipediya
  • Ülvi Həsənli

Ülvi Həsənli (tam adı: Ülvi Fəxrəddin oğlu Həsənov; d. 10 avqust 1987, Kirovabad) — Azərbaycan jurnalisti və siyasi fəalı. O, əvvəllər Dalğa Gənclər Hərəkatı, Azad Gənclik Təşkilatı, Demokratik Qüvvələrin Milli Şurası və NİDA Vətəndaş Hərəkatı kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Həsənli hal-hazırda "AbzasMedia"nın rəhbəridir.

Ülvi Həsənli
Doğum tarixi 10 avqust 1987(1987-08-10) (38 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Turizm və Menecment Universiteti
Fəaliyyəti siyasi fəal[d], siyasi məhbus
Fəaliyyət illəri 2005-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyət göstərdiyi dövrdə çoxlu təzyiqlər ilə üzləşən Həsənli 2023-cü ilin noyabr ayında saxlanılmış və cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir.

Mündəricat

Həyatı

Erkən illəri

18 avqust 1987-ci il tarixində Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. O, 2005-ci ildə Gəncə şəhər 29 saylı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə akademiyadan uzaqlaşdırılmışdır. Həsənli sonradan 2008–2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil almışdır.

Fəaliyyəti

2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərmiş və təşkilatın sədri olmuşdur. O, sonradan 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olmuşdur. O, 2013-cü ilin noyabr ayında bu vəzifədən istefa vermişdir. Eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Həsənli bundan sonra NİDA Vətəndaş Hərəkatına üzv olmuşdur. NİDA VH-də fəaliyyət göstərdiyi dövrdə sonradan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olmuşdur.

Ülvi Həsənli 2016-cı ildə təsis edilən "AbzasMedia" onlayn nəşrinin direktorudur. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, "Abzas Media" 2014-cü ildən bəri müstəqil media və mətbuat azadlığı qruplarına qarşı bir sıra reydlər, həbslər və cinayət araşdırmalarından sonra Azərbaycanda qalan bir neçə müstəqil qurumdan biridir. "AbzasMedia" hökumət məmurlarının biznes sövdələşmələr, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınır. Bundan başqa, Ülvi Həsənli 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak etmişdir.

Hökumət təzyiqləri

Ülvi Həsənli siyasi fəaliyyəti dövründə Azərbaycan hökumətinin davamlı təqibi ilə üzləşmişdir. O, 2011-ci ilin martında "Böyük Xalq Günü" aksiyasında saxlanılmışdır. Həsənli 2017-ci ilin sentyabr ayında məcburi hərbi xidmət ilə bağlı tibbi müayinədən keçmiş və ona revmatizm və böyrək problemlərinə görə 2019-cu ilədək möhlət verilmişdir. Buna baxmayaraq, oktyabr ayında Həsənli üçün yenidən müayinə təyin edilmiş, müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanılmışdır. Hərbi komissarlığa aparılan gənc fəal ardınca Bərdə rayonunda hərbi hissəyə göndərilmişdir. Bu zaman ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməmiş, ailəsi ilə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməmişdir. Həmin ilin noyabrında Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Ülvi Həsənlinin qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması barədə şikayətinə baxılmışdır, lakin onun şikayəti təmin edilməmişdir. O, 2022-ci ildə KİV-ləri dövlət media reyestrində qeydiyyatdan keçməyə məcbur edən qanunvericiliyə etiraz edən üç jurnalistdən biri idi. Həsənli həmçinin, 2023-cü ilin iyununda Söyüdlü hadisələri haqqında məlumat verdiyinə görə Azərbaycan polisi tərəfindən Binəqədi rayon Polis İdarəsində saxlanılmışdır. O, həmin il ABŞ səfirliyində bir qrup siyasi fəalın keçirdiyi fleş-mob zamanı saxlanılmışdır.

Həbs edilməsi

Ülvi Həsənlini evində aparılan axtarışdan sonra polis tərəfindən aparlıması.

2023-cü ilin noyabr ayında Azərbaycanın hökumətyönlü media orqanlarında "AbzasMedia", "AzadlıqRadiosu", "Amerikanın Səsi", "BBC Azərbaycanca", "ToplumTV" və "MeydanTV"yə qarşı ittihamlar səslənmiş, onların hakimiyyətin "Qarabağda qazandıqlarına kölgə saldığı" iddia edilmişdir. 20 noyabr 2023-cü ildə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı Ülvi Həsənlinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıldığını bildirmişdir. O, əlavə etmişdir ki, bu hadisə siyasi motivlidir və Həsənlinin jurnalist fəaliyyəti ilə əlaqədardır. Sonradan Həsənlinin Bakı Şəhər Baş Polis İdarəsinə aparıdlığı məlum olmuşdur. Həsənli saxlanıldıqdan sonra hakimiyyət qüvvələri "AbzasMedia"nın Bakı ofisində axtarış apararaq jurnalistlərin redaksiyaya daxil olmasına imkan verməmişdir. Polis həmçinin, "AbzasMedia"nın ofislərində axtarış zamanı 40 min avro nağd pul tapdığını iddia etmişdir, lakin "AbzasMedia" bu pulun Həsənliyə qarşı ittihamları saxtalaşdırmaq üçün yerləşdirildiyini qeyd etmişdir. Bundan başqa, Həsənlinin ifadələrinə görə, o, saxlanıldığı zaman polis tərəfindən işgəncə və fiziki zorakılığa məruz qalmışdır. "AbzasMedia"nın verdiyi açıqlamaya görə, müstəntiqlərin ona verdiyi suallar həmin dövlət orqanlarının korrupsiya ilə bağlı araşdırmaları haqqında olmuşdur. Sonradan Sevinc Vaqifqızı da hava limanında polis tərəfindən saxlanılmışdır. Ülvi Həsənli cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir.

"Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumlar Ülvi Həsənlinin həbsini qanunsuz adlandırmış və onun azad edilməsini tələb etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ülvi həsənli sözünün mənası, ülvi həsənli haqqında məlumat. ülvi həsənli nədir? ülvi həsənli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abay meydanı

  • Mart 06, 2026

    Yerli avstraliyalılar

  • Fevral 27, 2026

    Robert Pil

  • Mart 01, 2026

    Qaralar (Vedibasar)

  • Mart 01, 2026

    Afrika qitəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst