Vilvorde (nid. Vilvoorde, fr. Vilvorde) — Belçikanın Flamand Brabantı kommunasının Halle-Vilvorde rayonu daxilində yerləşən şəhər və bələdiyyə. Bələdiyyə əsas Vilvorde şəhərini, Koninqslo və Houtem kimi iki məhəlləni və kiçik Peutiye şəhərini əhatə edir.
| Vilvorde | |||||
|---|---|---|---|---|---|
| |||||
| |||||
| 50°55′41″ şm. e. 4°25′28″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəsmi dili | |||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +32 15-02 | ||||
| Poçt indeksi | 1800 | ||||
| Digər | |||||
| vilvoorde.be | |||||
![]() Vilvorde | |||||
Tarixi
Şəhərin tarixi Roma imperiyası dövründən başlayır. Romalılar Zenne çayı yaxınlığında ilk yaşayış məskəni salaraq, məskunlaşıblar. XIV əsrdə Zenne çayı üzərindəki mövqeyi sayəsində, Vilvorde mühüm hərbi mərkəzə çevrilib.
XV–XVIII əsrlər arasında isə, Vilvorde uzun müddət tənəzzülə uğrayıb. Əsasən Brüssel ilə olan rəqabət, parça sənayesindəki ümumi geriləmə, epidemiyalar və dini və siyasi müharibələr tənəzzülün əsas səbəbləri sırasında olub.
Sənaye inqilabının XVIII əsrin sonlarında başlaması Vilvorde üçün bir uğurlu dövr olub. 1835-ci ildə dəmir yollarının istifadəyə verilməsi ilə şəhər dirçəlməyə başlayıb, tezliklə orta əsr binaları yerini daha yeni və yaxşı tikililərə verib. Vilvoord Brüssel ətrafında ən böyük sənaye bölgələrindən birinə çevrilib və əhalisi 150 il əvvəlki rəqəmin beş qatına çatıb.
Müasir dövr
Vilvorde Belçikanın mərkəzi hissəsində, paytaxt Brüsseldən bir qədər şimalda yerləşir. Şəhərin sahəsi 21,48 km²-dir. Əhalisi 38,557 nəfərdir (2008-ci ilə görə), onun təxminən 10%-i ispanlardır. Əhalinin sıxlığı 1795 nəfər/km²-dir. Şəhər 3 rayona bölünür. Vilvorde inkişaf etmiş sənaye şəhəridir. Böyük dəmir yolu qovşağı (buradan keçən Brüssel-Antverpen xətti xüsusilə əhəmiyyətlidir), bir neçə avtomobil yolunun kəsişməsi şəhərdən keçir. Şəhər Brüssel-Şeld gəmi kanalı üzərində yerləşir
Vilvoordun rəsmi dili holland dilidir. Şəhərdə təxminən 33,7% fransızdilli azlıq mövcuddur, bu da xüsusilə Koningslo və Beauval məhəllələrində, Brüsselin Neder-Over-Heembeek məhəlləsinə sərhəd olan ərazilərdə cəmlənib. Fransızdilli azlıq, 33 üzvlü yerli şuradakı 3 nümayəndə ilə təmsil olunur.
2000-ci ildən 2007-ci ilin 1 avqustuna qədər Vilvoordun meri keçmiş Belçika baş naziri Jan-Luk Dehane olub. 2013-cü ildən bəri isə meri Hans Bontedir. O, həmçinin Federal Parlamentin üzvüdür.
Vilvoorde sakinlərinə peirefretters (at yeyənlər) ləqəbi verilir, çünki at əti (xüsusilə bifşteks) Vilvordedə sevimli yeməkdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vilvоrdе sözünün mənası, vilvоrdе haqqında məlumat. vilvоrdе nədir? vilvоrdе nə deməkdir?

