Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə

Viləş FK

  • Ana Səhifə
  • Vikipediya
  • Viləş FK

Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və cənub bölgəsini təmsil edir.

Viləş FK
Loqonun şəkli
Klubun tam adı Viləş Futbol Klubu
Ölkə
  •  Azərbaycan
Ləqəb(lər) Masallılar
Rəng(lər) göy-qırmızı
Yaranma tarixi 1967
Bağlama tarixi 2008
Stadionu Ərkivan qəsəbə stadionu
Tutumu 500
Baş məşqçisi Alay Bayramov
Liqa Azərbaycan Həvəskarlar Futbol Federassiyası
2013/2014 yarim final
Ev forması
Səfər forması

Mündəricat

Ümumi məlumat

10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdır. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə Azərbaycan Birinci Liqasınunda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub Masallı adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu. Bu dəfə komanda Viləş Masallı FK deyə adlandırıldı və komanda həvəskar liqada çıxış edirdi. Komanda elə ilk cəhdlərindən finala vəsiqə qazandı. Lakin finalda MTK-Ulduz komandasına 3:1 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi oldu. Bu nəticədən sonra komanda 2013-2014 mövsümündə həvəskar liqada çempionluğa oynadı. Və mövsüm başlayan kimi Viləş öz uğurlu çıxışıyla qrupda cəmi bir məğlubiyyətə uğrayaraq həvəskar liqasının final mərhələsinə vəsiqə qazandı. Eyni zamanda, komandanın birinci diviziona çıxması üçün rəhbərlik tərəfindən işlər başlanılmışdı. Komandanın, əslində, Anatoli Banişevski adına öz şəxsi stadionu olmağına baxmayaraq, komanda dağılandan sonra o stadion baxımsız qalmış və orada oynamaq mümkünsüz hala gəlmişdir. Bu səbəbdən komanda öz ev oyunlarını Ərkivan qəsəbə stadionunda keçirir. Viləş öz köhnə stadionunda təmir işlərinə başlayır. Stadion tamamilə sökülür. Ancaq sonradan yeni stadion tikilmir və klub növbəti mövsümdə həvəskarlar liqasında mübarizə aparmağa məcbur qalır. Həvəskarlar liqasında isə komanda yarımfinala qədər irəliləyir, lakin yarımfinalda iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə məğlub olur. Həvəskarlar kubokunda da komanda eyni vəziyyətlə üzləşir. Kubokun yarımfinalının ilk görüşündə komanda 1:0 hesabi ile qələbə qazansa da, ikinci görüşdə 2:0 hesabı ilə məğlub olur və finala adlaya bilmir. Növbəti mövsüm klubu çətin günlər gözləyirdi. Komanda maliyyə problemlərinə görə həvəskarlar liqasında mübarizə apara bilməyəcəkdi. Ancaq sonradan Viləş Masallı FK Azərbaycan Həvəskarlar Futbol Federassiyasında 2014-2015 mövsümündə də mübarizə apardı.

Uğurları

  • Azərbaycan çempionatı
Bürünc medal - 2000/2001
  • Azərbaycan Birinci Liqası
Çempion - 2006/2007
  • Azərbaycan Həvəskarlar Futbol Federassiyası
Gümüş medal - 2012/2013
Yarimfinal - 2013/2014
  • Həvəskarlar Kuboku
Yarimfinal - 2013/2014

UEFA turnirlərində

"Viləş" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 2 dəfə iştirak edib. "Viləş"ın iştirak etdiyi yeganə turnir UEFA İntertoto Kubokudur.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 20 avqust 2010

Turnir İştirak Oyun QHMT/FT/B
UEFA İntertoto Kuboku 2 4 0042 – 10-8
Cəmi 2 4 0042 – 10-8

UEFA turnirlərindəki oyunlar

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
2000 UEFA İntertoto Kuboku I mər. Polşa Zaqlembe Lyubin (s) 0:4 (e) 1:3 1-7
2001 UEFA İntertoto Kuboku I mər. İslandiya Qrindavik (Qrindavik) (s) 0:1 (e) 1:2 1-3

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, viləş fk sözünün mənası, viləş fk haqqında məlumat. viləş fk nədir? viləş fk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səlcuq

  • Fevral 23, 2026

    Bayat tayfası

  • Fevral 24, 2026

    İmadəddin Nəsimi

  • Fevral 27, 2026

    Alban-Udi kilsəsi

  • Fevral 27, 2026

    Arslan şah

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst