Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vidadi Paşayev (5 sentyabr 1943, Yardımlı rayonu – 11 aprel 1991, Bakı) — şair, yazıçı, tərcüməçi, kinossenarist, redaktor

Vidadi Paşayev

  • Ana Səhifə
  • Vikipediya
  • Vidadi Paşayev

Vidadi Paşayev (5 sentyabr 1943, Yardımlı rayonu – 11 aprel 1991, Bakı) — şair, yazıçı, tərcüməçi, kinossenarist, redaktor

Vidadi Paşayev
Vidadi Abbas oğlu Paşayev
Doğum tarixi 5 sentyabr 1943(1943-09-05)
Doğum yeri
  • Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 aprel 1991(1991-04-11) (47 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
  • Gəncə
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Zenfira Paşayeva
Uşaqları Gülər Əhmədova, Nabat Nəzərova
Fəaliyyəti şair, tərcüməçi
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti

Mündəricat

Həyatı

Vidadi Abbas oğlu Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С. А. Герасимова) təhsil almış və pedaqoji fəaliyyət göstərmişdir. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışmışdır. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərmişdir. Vidadi Paşayev 1991-ci ildə Bakıda vəfat etmiş və Gəncədə dəfn edilmişdir.

Fəaliyyəti

Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktor (1970), Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olmuşdur. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanmışdır.

Tərcümələri

Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə etmişdir.

Filmoqrafiya

  • ATU və ya pa ATU nnan (film, 1971)
  • Əhvalipürsanlıq, yaxud qəbiristanlıq (film, 1972)
  • Odlar yurdunun qızları (film, 1972)
  • Naxışların yaddaşı (elmi-kütləvi film, 1973)
  • Sehrli sandıq (film, 1973)
  • Səhhət (film, 1976)
  • Yaz harada, biz orada (film, 1978)
  • Hava, od, su, torpaq (film, 1979)
  • Bir səfərin izi ilə (film, 1980)
  • Antipod və ya Məşədi İbad (film, 1980)
  • Mirzə Kazım bəy (film, 1983)
  • Köç (film, 1983)
  • Harayacan qaçacaqlar (film, 1983)
  • Mübadilə (film, 1983)
  • Sehrli naxışlar (applikasiya filmi, 1984)
  • Sən saydığını say (film, 1983)
  • Himayədar (film, 1983)
  • Metamarfoza (film, 1983)
  • Orijinal üsul (film, 1983)
  • Bəxtəvər (film, 1984)
  • Son damla (film, 1984)
  • Yarış (film, 1984)
  • Nəticə (film, Mozalan N°85, 1984)
  • Uğurlu təyinat (film, 1984)
  • Xəbərdarlıq (film, 1984)
  • Damğa (film, 1984)
  • Nəticə (film, Mozalan N87, 1984)
  • Örtülü bazar (film, 1984)
  • İbrət dərsi (film, 1984)
  • Eksperiment (film, 1984)
  • Alayarımçıq (film, 1984)
  • Dad (film, 1984)
  • Bais (film, 1985)
  • Gözdən iraq (film, 1985)
  • Daş yaddaş (film, 1985)
  • Arşınmalçı (film,1985)
  • "Çexski" unitaz (film, 1985)
  • Dairə (film, 1985)
  • Nəticə (film, Mozalan N94, 1985)
  • Foto həvəskarı (film, 1985)
  • Bəlkə (film, 1985)
  • Cinayətin astanası (film, 1985)
  • Sınaq (film, 1985)
  • Cazibə qüvvəsi (film, 1985)
  • Sökmək asandır (film, 1985)
  • Adsız su (film, 1985)
  • Üzr istəyirəm (film, 1985)

Mətninin müəllifi olduğu mahnılar

  • "Alma almaya bənzər" — Flora Kərimova

Haqqında olan televiziya verilişləri

  • Tökülən Yarpaqların Qoxusu (Lider TV 2001) – youtube linki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vidadi paşayev sözünün mənası, vidadi paşayev haqqında məlumat. vidadi paşayev nədir? vidadi paşayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çələbi xalçaları

  • Fevral 27, 2026

    Yanszı

  • Fevral 27, 2026

    Müxbir

  • Fevral 27, 2026

    Kimyəvi birləşmələr

  • Fevral 28, 2026

    Aleksey İsayev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst