Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfə

Sarı Tağı

  • Ana Səhifə
  • Vikipediya
  • Sarı Tağı

Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı.

Sarı Tağı
fars. ساروتقی اعتمادالدوله‎
Sarı Tağının moğol üslubunda çəkilmiş rəsmi.
Sarı Tağının moğol üslubunda çəkilmiş rəsmi.
Səfəvi imperiyasının baş vəziri
1633 – 1645
ƏvvəlkiMirzə Talıb xan
SonrakıXəlifə sultan əl-Hüseyni
Şəxsi məlumatlar
Doğum tarixi 1579(1579)
Doğum yeri Təbriz, Səfəvilər dövləti
Vəfat tarixi 11 oktyabr 1645(1645-10-11) (65–66 yaşında)
Fəaliyyəti hərbi lider[d]
Rütbəsi
  • general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Erkən dövr

Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb. İttihamın yalan olduğu ortaya çıxandan sonra I Abbas Sarı Tağının mülkünü geri qaytarıb.

Bir il sonra Sarı Tağı Mazandaranın hakimi və bundan bir il sonra Gilanın hakimi təyin edildi. Onun hakimiyyəti dövründə bir çox bina və şəhərlərin, o cümlədən Fərahabad və Behşəhrin əsası qoyuldu. 1629-cu ildə Sarı Tağı ilə arası yaxşı olan I Səfi hakimiyyətə gəldi. Həmin il Gilan və Mazandaranda Qərib şahın başçılığı ilə edilən üsyan Sarı Tağının daxil olduğu bir qrup hakim tərəfindən yatırıldı.

1631-ci ildə Sarı Tağı şiə türbələrinin abadlaşdırılması üçün Bağdada göndərilir. O, iki il sonra Mirzə Talıb xanı təhqir edir və onu öldürür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Ordubadi Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.

Həmçinin bax

  • Sarı Tağı məscidi

Ədəbiyyat

  • Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064.
  • Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
  • Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. 1–218. ISBN 9781860647215.
  • Matthee, Rudi. ḴALIFA SOLṬĀN // Encyclopaedia Iranica, Vol. XV, Fasc. 4. 2010. 382–384.
  • Matthee, Rudi. JĀNI BEG KHAN BIGDELI ŠĀMLU // Encyclopaedia Iranica, Vol. XIV, Fasc. 5. 2008. 544–545.
  • Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.
  • Savory, Roger. Iran under the Safavids. Cambridge University Press. 2007. 1–288. ISBN 0521042518.
  • Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods. Cambridge: Cambridge University Press. 1986. 189–351. ISBN 9780521200943.
  • Matthee, Rudi. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. Cambridge University Press. 1999. 1–290. ISBN 0521641314.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarı Tağı haqqında məlumat. Sarı Tağı nədir? Sarı Tağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsa peyğəmbər

  • Fevral 26, 2026

    Xocalı rayonu

  • Fevral 27, 2026

    Episentr

  • Fevral 27, 2026

    Eysk

  • Fevral 27, 2026

    Bəzmialəm Sultan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst