Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010).
| şəhər | |||||
| Venta | |||||
|---|---|---|---|---|---|
| lit. Venta | |||||
| |||||
| |||||
| 56°11′40″ şm. e. 22°42′00″ ş. u.HGYO | |||||
| Ölkə | | ||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 1966 | ||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 84 m | ||||
| Saat qurşağı | UTC+2 | ||||
| Əhalisi | |||||
| Əhalisi | 2 867 nəfər (2010) | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | LT-85019 | ||||
![]() Venta | |||||
Coğrafiyası
Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır.
Tarixi
Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb. 1972-ci ildə şəhərdə qimnaziya fəaliyyətə başlamışdır. 1978-ci ildə Vyanta şəhər tipli qəsəbə statusunu aldı. 1995-ci ildə şəhər statusunu almış və elə bu il eyni adlı starostvanın mərkəzi olmuş.
Əhalisi
| Şəhər əhalisinin artım dinamikası | |||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| İl | 1979 | 1989 | 2001 | 2010 | |||||||||
| Əhali | 3 240 | 3 827 | 3 412 | 2 867 | |||||||||
Təsərrüfatı
Şəhər ətrafı zəngin əhəng daşı ehtiyatları ilə zəngindir. Bu ehtiyat bazasında əhəng, kərpic, şifer istehsal edən müəssələr fəaliyyət göstərir.
Görməli yerləri


- 2009-cu ildə inşa olunmuş kilsə.
Musiqi məktəbi daxilində qurulmuş "Ventukai" ansambılı 2004-cü ildə ümumlitva mahnı festivalında qalib olmuşdur.
Tanınmış şəxsləri
Yuzas Miltinis (1907–1994) — sovet aktyoru, teatr rejissoru, Litva SSR-nin əməkdar artisti (1948), Litva SSR-nin xalq artisti (1965), SSRİ xalq artisti (1973), Lenin ordeni laureatı.
Şəhərin gerbi
9 avqust 1999-cu ildə şəhərin rəsmi gerbi qəbul edilib. Rəsmin müəllifi- Raymondas Mikneviçyusdur. Gerb üzərində olan ağ zolaq formaca "V" formasında olub şəhərin adını ifadə edir.
Adın mənası
Şəhər öz adını şəhəri kəsib keçən Venta çayından götürüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, venta sözünün mənası, venta haqqında məlumat. venta nədir? venta nə deməkdir?

