Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözü

Vağzalı

  • Ana Səhifə
  • Vikipediya
  • Vağzalı

Vağzalı — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi tanınan rəqs.

Vağzalı
Rəqsin not yazısı
Rəqsin not yazısı
Tempi Asta
Mənşəyi Azərbaycan
Yaranma tarixi XIX əsrin sonu və XX əsrin əvvələri

Mündəricat

Söz açımı

"Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı.

Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl, XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı gələrdi. İki boş at isə gəlin və yengə üçün gətirilərdi. "Vağzalı" havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.

Tarixçə

Hələ XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və "Qarabağın ağırı" adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki "Asta Qarabağı" və XIX əsrin sonu XX əsrin əvvəllərindən "Vağzalı" adları altında saxlmaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu "Qarabağın ağırı" sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında "vağzalı" adı altında məşhurlaşmışdır.

Ola da bilər ki, "Atlandırma" (Vağzalı") rəqsinin melodiyası "Kitabi Dədə Qorqudda" adı keçən qopuzun "Yelətmə" havasından gəlir."Yelətmə"- yelləndilmə, həvəsləndirmə, coşdurma məzmunu verir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman etmək olar:

Qanturalıyla qızı götürüb gərdəyə qoydılar. Ozan gəldi, yelətmə çaldı.

Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri-iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.

Keçmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayiət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.

Vağzalı bəstəkar musiqisində

Azərbaycan bəstəkarı Süleyman Ələsgərov "Vağzalı" mahnısında Vağzalı melodiyasından istifadə etmişdir. Erməni bəstəkarı Aram Xaçaturyan "Qayane" baletində məşhur "Qılınclarla rəqs"inin bir hissəsində Vağzalının melodiyasından istifadə etmişdir.

Video

  • "Azərbaycan xalq rəqsləri" verilişi — Vağzalı
  • Rəqqasə Solmaz Ələsgərova — Vağzalı rəqsi — solo
  • Afaq Məlikovanın quruluşunda Vağzalı rəqsi — gəlin kişilər ətrafında
  • Aram Xaçaturyanın "Qayane" baletindən "Qılınclarla rəqs"i

Həmçinin bax

  • Mirzəyi
  • Azərbaycan rəqsləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vağzalı haqqında məlumat. Vağzalı nədir? Vağzalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Krallıq

  • Fevral 24, 2026

    İtalyanlar

  • Fevral 27, 2026

    Makkuori Universiteti

  • Fevral 27, 2026

    Xınalıqlılar

  • Fevral 27, 2026

    Microsoft Edge

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst