Vasif Həsən oğlu İmanov (1961, Ərəfsə, Sisian rayonu) — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı
| Vasif İmanov | |
|---|---|
| |
Vəzifədədir | |
| 7 mart 2013-cü ildən | |
| Əvvəlki | Vəzifə təsis edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1961 (64–65 yaş) |
| Doğum yeri |
|
Həyatı
İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983–1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991–1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003–2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006–2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, üç övladı var. O, Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynov ilə qudadır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vasif i̇manov sözünün mənası, vasif i̇manov haqqında məlumat. vasif i̇manov nədir? vasif i̇manov nə deməkdir?
