Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axtarış botu — Ümumdünya hörümçək torunu sistematik şəkildə analiz edən və adətən veb indeksləşdirmə məqsədilə axtarış motorları tərəfindən idarə olunan interne

Axtarış botu

  • Ana Səhifə
  • Vikipediya
  • Axtarış botu

Axtarış botu — Ümumdünya hörümçək torunu sistematik şəkildə analiz edən və adətən veb indeksləşdirmə məqsədilə axtarış motorları tərəfindən idarə olunan internet botu.

Axtarış botunun arxitekturası

Veb axtarış mühərrikləri və bəzi digər veb-saytlar öz veb məzmununu və ya digər saytların veb məzmununun indekslərini yeniləmək üçün axtarış botundan istifadə edirlər. Axtarış botu axtarış mühərriki tərəfindən emal edilməsi üçün səhifələri kopyalayır. Bu da istifadəçilərə daha səmərəli axtarış edə bilmə imkanı verir.

Axtarış botları ziyarət edilən sistemlərdə resursları istehlak edir və tez-tez saytları xəbərsiz ziyarət edirlər. Böyük səhifə kolleksiyasına rast gəldikdə planlama, yüklənmə və "nəzakət" problemləri gündəmə gəlir. Bunu axtarış botuna bildirmək üçün indekslənmək istəməyən ictimai saytlar üçün mexanizmlər mövcuddur. Məsələn, robots.txt faylı botlardan veb-saytın yalnız müxtəlif hissələrini indeksləşdirməyi və ya ümumiyyətlə indeksləşdirməməyi tələb edə bilər.

İnternet səhifələrinin sayı olduqca çoxdur; hətta ən böyük botlar belə tam indeks yaratmaqda çətinlik çəkirlər. Bu səbəbdən, axtarış sistemləri Ümumdünya hörümçək torunun ilk illərində, 2000-ci ildən əvvəl müvafiq axtarış nəticələrini vermək üçün mübarizə aparırdılar. Bu gün müvafiq nəticələr demək olar ki, dərhal verilir.

Axtarış botları hiperlinkləri və HTML kodunu təsdiqləyə bilər. Onlar həmçinin veb skreypinq və məlumatlara əsaslanan proqramlaşdırma üçün istifadə edilə bilər.

Mündəricat

Həmçinin bax

  • Avtomatik indeksləmə
  • Gnutella
  • Veb arxivləşdirmə
  • Webgraph
  • Oflayn oxucu
  • Axtarış mühərriki skreypinqi
  • Veb skreypinq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Axtarış botu haqqında məlumat. Axtarış botu nədir? Axtarış botu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pinus densiflora

  • Fevral 27, 2026

    Ülviyyə Hacıbəyova

  • Fevral 23, 2026

    Silur dövrü

  • Fevral 27, 2026

    Cohor Baru

  • Fevral 27, 2026

    Bayroyt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst