Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azə

Vartan Sarkisov

  • Ana Səhifə
  • Vikipediya
  • Vartan Sarkisov

Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan və SSRİ memarı.

Vartan Sarkisov
Վարդան Սարգսյան
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1875
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 mart 1955 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası →
SSRİ SSRİ
Təhsili
  • Şuşa real məktəbi,
  • Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti[d]
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Əsas tikililəri Mirzəbəyovun mədaxil evi
Ambarsum Məlikovun evi
Abidələrin bərpası İsmailiyyə Sarayı

Həyatı

8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır.

Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır. 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür. 1907-ci ildə o Moskvadan Bakıya köçmüş və gəldiyi vaxtdan bir sıra layihələr üün sifarişlər almışdır. Yaradıcılığının erkən dövründə modern üsluba üstünlük verən Sarkisov, sonradan neoklassik üslubda bir neçə layihə həyata keçirmişdir.

1920-ci ildə Bakıda Memarlıq İnstitutu yaradıldıqda Sarkisov əvvəlcə müəllim kimi instituta dəvət edilmiş, sonralar isə uzun müddət həm də dekan vəzifəsində çalışmışdır. 29 mart 1955-ci ildə Bakıda vəfat etmiş Sarkisov Nərimanov məzarlığında dəfn edilmişdir. 2007-ci ilin sentyabrında Azərbaycan hökuməti məzarlığın köçürülməsinə qərar vermişdir.

Əsərləri

Vartan Sarkisovun layihəsi əsasında Bakıda Ambarsum Məlikovun İslam Səfərli (1900) və Xaqani küçələrindəki (1910) evləri, Mirzəbəyovun mədaxil evi (1911-1917), Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "Lev Landaunun evi" və Mərdəkanda yerləşən Neft İstehsalçıları Sanatoriyasının binası (1930) inşa edilmişdir.

Mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılmış İsmailiyyə Sarayında restavrasiya işlərinə Vartan Sarkisov rəhbərlik etmişdir.

  • Ambarsum Məlikovun İslam Səfərli küçəsindəki evi
    Ambarsum Məlikovun İslam Səfərli küçəsindəki evi
  • Ambarsum Məlikovun Xaqani küçəsindəki evi
    Ambarsum Məlikovun Xaqani küçəsindəki evi
  • Mirzəbəyovun mədaxil evi
    Mirzəbəyovun mədaxil evi
  • Lev Landaunun evi
    Lev Landaunun evi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vartan Sarkisov haqqında məlumat. Vartan Sarkisov nədir? Vartan Sarkisov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Proqnoz

  • Fevral 27, 2026

    Anqlo-sakslar

  • Fevral 23, 2026

    INSEE

  • Fevral 25, 2026

    Mötəsim Qəddafi

  • Fevral 27, 2026

    Bilal Dadaşov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst