Vaqif Füzuli oğlu Cavadov (25 may 1989, Bakı) — azərbaycanlı futbol məşqçisi və keçmiş oyunçusu, "Sumqayıt" klubunun müvəqqəti baş məşqçisi (2024).
| Vaqif Cavadov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Vaqif Füzuli oğlu Cavadov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 25 may 1989 (36 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 183 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 67 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | Hücumçu (futbol) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həyatı
Vaqif Cavadov 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub və Vaqifin bir futbolçu kimi inkişafında onun böyük rolu vardır.
2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o, Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Cavdov 77 oyun keçirir və 20 qol vurur. 2010-cu ilin yanvarında "Tvente" komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır. O, 7 nömrəli forma alır. Lakin burada möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır.
2010-cu ildə "Bakı" futbol klubuna icarə əsasında keçir. Burada o, 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Cavadovun "Qəbələ" ilə razılaşacağı deyilsə də o, Rusiya Premyer Liqasının "Volqa" klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır.
Baş məşqçi
2024-cü ilin oktyabrın 14-də "Sumqayıt" klubunun baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Cavadova həvalə edilib. 2025-ci ilin may ayında klub Vaqif Cavadov arasında olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Cavadovun baş məşqçi kimi rəhbərliyi dövründə komanda ümumilikdə 28 oyun keçirmişdir (25-i Azərbaycan Premyer Liqasında, 3-ü Azərbaycan Kubokunda). Bu oyunlarda "Sumqayıt" 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyət qeydə alıb.
Uğurları
- Qarabağ
- Azərbaycan Milli Futbol Kuboku – 2008/09
- Tvente
- Hollandiya çempionu – 2009/2010
Şəxsi uğurları
- Azərbaycanda ilin futbolçusu – 2009
- "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2009
- Topaz Premyer Liqası noyabr ayının futbolçusu (1): 2013
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaqif Cavadov haqqında məlumat. Vaqif Cavadov nədir? Vaqif Cavadov nə deməkdir?
