Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan R

Vaqif Behbudov

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Behbudov

Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).

Vaqif Behbudov
Doğum tarixi 3 noyabr 1938(1938-11-03) (87 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti kinooperator, kinorejissor, rejissor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 Azərbaycan SSR Dövlət mükafatı — 19901990

Mündəricat

Həyatı

Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.

"Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.

Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Ümumilikdə 45 illik iş stajına malikdir.

Filmoqrafiya

  • Analar və laylalar (film, 1992)
  • Aşıq Veysəl (film, 2001)
  • Bakı SOS Uşaq Kəndi (film, 2001)
  • Basatın igidliyi (film, 1988)
  • Başlanğıc (film, 1982)
  • Boradigah (film, 2002)
  • Bu yol Şabran yoludur (film, 2002)
  • Danışan işıqlar (film, 1965)
  • Deportasiya (film, 2001)
  • Əbədi zirvə (film, 1998)
  • Əzizə Cəfərzadə (film, 1999)
  • Fəhlə vüqarı (film, 1975)
  • Girdiman (film, 2003)
  • Göyçək Fatma (film, 1973)
  • Hökməli kəndi (film, 2001)
  • Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (film, 1999)(tammetrajlı sənədli film)(TV)
  • Xeyirxah nağıl (film, 1986)
  • İlham (film, 1972)
  • İsmayıl Osmanlı (film, 1974)
  • Kamil (film, 1997)
  • Kommunist haqqında poema (film, 1977)
  • Qalalı dağlar (film, 1995)
  • Qara leylək (film, 1985)
  • Qara ney (film, 1994)
  • Qayıdış (film, 1988)
  • Qırmızılar, qaralar və başqaları (film, 1969)
  • Qız qalası (film, 1984)
  • Qurbanəli bəy (film, 1989)
  • Lahıc (film, 2004)
  • Məmmədhüseyn Təhmasib (film, 2003)
  • Mənsuriyyə sorağında (film, 2002)
  • Mirvarid (film, 1998)
  • Möcüzələr adası (film, 1978)
  • Muzey (film, 1996)
  • Naftalan (film, 2003)
  • Nailə (film, 1994)
  • Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (film, 1996)
  • Ömrün dedikləri (film)
  • Rəşid Behbudov ulduzu (film, 1996)
  • Rüstəm İbrahimbəyov (film, 1988)
  • Sağ ol, dostum (film, 1980)
  • Sehrli çıraq (film, 1987)
  • Sənsiz (film, 1998)
  • Sirli salnamələr (film, 1995)
  • Startlar (film, 1977)
  • Şeirin xəzrisi (film, 2000)
  • Şəki heyvandarları (film, 1975)
  • Təbiətin bəhrəsi (film, 2003)
  • Ustalar-qızıl əllər (film, 1976)
  • Yayın bir günündə (film, 1979)
  • Yeraltı şəhərin izi ilə (film, 2004)
  • Zaqatala (film, 1980)
  • Zəfəran (film, 1976)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaqif Behbudov haqqında məlumat. Vaqif Behbudov nədir? Vaqif Behbudov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konqo

  • Fevral 27, 2026

    65 (ədəd)

  • Fevral 27, 2026

    Tarot

  • Fevral 27, 2026

    Hüms

  • Fevral 27, 2026

    Martinika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst