Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi (ing. Exchange rate) — bir ölkənin pul vahidinin digər ölkənin pul vahidinə nisbətən dəyəri. Valyuta məzənnəsi beynəl

Valyuta məzənnəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Valyuta məzənnəsi

Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi (ing. Exchange rate) — bir ölkənin pul vahidinin digər ölkənin pul vahidinə nisbətən dəyəri. Valyuta məzənnəsi beynəlxalq ticarət, kapital axınları, investisiya və turizm kimi iqtisadi fəaliyyətlərdə mühüm rol oynayır. Bu məzənnə vasitəsilə ölkələrarası mal və xidmətlərin mübadiləsi aparılır.

Üç valyutadan əskinas seçimi: ABŞ dolları, Avro və Rumıniya leyi.

Valyuta məzənnələri iki əsas sistemdə fəaliyyət göstərə bilər: sərbəst dəyişən məzənnə sistemi və sabit məzənnə sistemi. Sərbəst dəyişən sistemdə məzənnələr bazar qüvvələri — yəni tələb və təklif əsasında formalaşır. Sabit sistemdə isə mərkəzi bank valyutanın müəyyən səviyyədə qalması üçün müdaxilə edir.

Valyuta məzənnələri adətən ikitərəfli məzənnə (məsələn, 1 ABŞ dolları = 1.70 Azərbaycan manatı) və ya effektiv məzənnə şəklində göstərilə bilər. Effektiv məzənnə, bir valyutanın bir neçə əsas xarici valyutaya qarşı orta çəkili dəyərini ifadə edir.

Valyuta məzənnəsində baş verən dəyişikliklər inflyasiya, faiz dərəcələri, ticarət balansı, iqtisadi artım, geosiyasi hadisələr və spekulyativ amillər kimi bir sıra daxili və xarici faktorların təsiri ilə baş verir.

Məzənnə dəyişiklikləri ölkənin ixrac və idxal imkanlarına, həmçinin ümumi iqtisadi sabitlik və rəqabət qabiliyyətinə mühüm təsir göstərir. Bu səbəbdən valyuta məzənnəsi makroiqtisadi siyasətin mühüm elementlərindən biri sayılır.

Valyuta kotirovkası

İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur:

1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları;

2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı;

3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi

Mübadilə məzənnəsinin növləri

a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə;

b. Real valyuta məzənnəsi – valyutaları müqayisə olunan ölkələrdə nisbi inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış cari məzənnə:

E r = E n P f P d {\displaystyle E_{r}=E_{n}{\frac {P_{f}}{P_{d}}}\,} {\displaystyle E_{r}=E_{n}{\frac {P_{f}}{P_{d}}}\,}

burada,

Er – real məzənnə,

En – real məzənnə,

Pf – tərəfdaş ölkədəki qiymət səviyyəsi (inflyasiya),

Pd – ölkədə qiymət səviyyəsi (inflyasiya)

c. Nominal effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksi. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır.

d. Real effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valyuta məzənnəsi sözünün mənası, valyuta məzənnəsi haqqında məlumat. valyuta məzənnəsi nədir? valyuta məzənnəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Oktyabr

  • Mart 01, 2026

    Şıxarx

  • Mart 07, 2026

    Hidrangeya

  • Mart 06, 2026

    Böyük Andaman

  • Mart 06, 2026

    Murovdağ silsiləsi

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst