Vaffen-SS (alm. Waffen-SS, hərf. "silahlı SS", Almanca tələffüz: [ˈvafn̩ʔɛsˌʔɛs]) — nasist Almaniyasının hərbiləşdirilmiş SS təşkilatının hərbi bölməsi. Bu qurumun tərkibinə nasist Almaniyasının vətəndaşları ilə yanaşı, həm işğal olunmuş, həm də işğal edilməmiş ölkələrdən olan könüllülər və çağırışçılar da daxil idi. Struktur may 1945-ci ildə buraxılmışdır.
| Vaffen-SS | |
|---|---|
| Waffen-SS | |
| | |
| |
| Ölkə | |
| Tabedir | SS |
| Daxildir | SS |
| Döyüşlər |
|
İkinci Dünya müharibəsi zamanı Vaffen-SS üç alaydan ibarət ikən, sonradan 38-dən çox diviziyaya qədər genişlənmiş və Vermaxt, intizam polisi və digər təhlükəsizlik bölmələri ilə birgə xidmət etmişdir. İlk növbədə qurum SS-in rəhbəri olan reyxsfürer-SS Henrix Himmlerin başçılıq etdiyi SS Baş Əməliyyat İdarəsinin nəzarəti altında idi. Müharibənin başlanmasından sonra bölmələrin taktiki idarəçiliyi Vermaxt Ali Komandanlığı tərəfindən həyata keçirilirdi, bəzi hissələr isə Himmlerin birbaşa nəzarəti altında olan Reyxsfyurerin Qərargahına tabe idi.
Nasist Almaniyasının irqi siyasətinə əsasən, təşkilata üzvlük yalnız germanmənşəli şəxslər üçün açıq idi, lakin bu qaydalar 1940-cı ildə qismən yumşaldılmış və 1941-ci ilin iyununda SSRİ-yə hücumdan sonra nasist təbliğatı müharibəni "bolşevizmə qarşı Avropanın xaç yürüşü" kimi təqdim etməyə başlamışdı. Bundan sonra əsasən xarici könüllülər və çağırışçılardan ibarət yeni Vaffen-SS bölmələri yaradılmışdır. Bu bölmələr əsasən nasistlərin işğal etdiyi Avropa ölkələrinin vətəndaşlarından ibarət idi. Qaydalarda müəyyən yumşalmalar olmağına baxmayaraq, Vaffen-SS hələ də nasist irqçi ideologiyasına əsaslanırdı və "aşağı irq" hesab edilən etnik polyaklara bu birləşmələrə daxil olmaq qadağan edilmişdi.
Vaffen-SS bölmələri çoxsaylı müharibə cinayətlərində iştirak etmişdir. Onlar Holokostda, Poraymosda, dinc əhaliyə qarşı törədilmiş kütləvi qətllərdə, işgəncələrdə, insanlar üzərində aparılan tibbi təcrübələrdə, uşaqların oğurlanmasında, kütləvi zorlamalarda, uşaqlara qarşı cinsi zorakılıqda və digər hərbi cinayətlərdə iştirak etmişdilər. 1946-cı ildə keçirilən Nürnberq Beynəlxalq Hərbi Tribunalı Vaffen-SS-i cinayətkar təşkilat elan etmişdir. Müasir Almaniya Federativ Respublikasında SS simvollarının və təbliğat materiallarının istifadəsi Cinayət Məcəlləsinin 86 və 86a maddələrinə əsasən qadağandır.
BMT İnsan Hüquqları Komissiyası keçmiş Vaffen-SS üzvlərinin qəhrəmanlaşdırılmasını, bu məqsədlə abidə və memorialların açılışını, həmçinin ictimai nümayişlərin keçirilməsini qətiyyətlə pisləyir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaffen-ss sözünün mənası, vaffen-ss haqqında məlumat. vaffen-ss nədir? vaffen-ss nə deməkdir?
