Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

VIII David (gürc. დავით VIII; 1273 – 1311, Gürcüstan) — Baqrationilər sülaləsindən olan gürcü çarı. VIII David taxta Elxani hakimiyyəti dövründə, 1293–1311-ci i

VIII David

  • Ana Səhifə
  • Vikipediya
  • VIII David

VIII David (gürc. დავით VIII; 1273 – 1311, Gürcüstan) — Baqrationilər sülaləsindən olan gürcü çarı. VIII David taxta Elxani hakimiyyəti dövründə, 1293–1311-ci illər arasında çıxmışdı.

VIII David
Şəxsi məlumatlar
Doğum adı დავით VIII
Doğum tarixi 1273(1273)
Vəfat tarixi 1311(1311) (37–38 yaşında)
Vəfat yeri
  • Gürcüstan
Atası II Demetre (Gürcüstan çarı)
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Gənclik dövrü və taxta çıxması

VIII David monqollar tərəfindən edam edilən çar II Demetrenin ən böyük oğludur. Elxanilərin Anadolu yürüşlərindəki hərbi uğurlarına görə Elxani hökmdarı Keyxatu xan tərəfindən Gürcüstan krallığı ona verilmişdi. Ondan əvvəl hakimiyyətdə olan əmisi oğlu II Vaxtanq kimi o da yalnız ölkənin şərq hissəsində hökm sürürdü. Ölkənin qərbində isə monqollardan asılı olmayan, müstəqil İmereti krallığı mövcud idi.

Monqollarla münasibətlər

VIII David 1295-ci ildə Elxanilər arasında başlanmış hakimiyyət mübarizəsində Baydu xanı dəstəkləyir. Ancaq Baydu xanın 1295-ci ildə öldürülməsindən və Elxani taxtına Mahmud Qazan xanın çıxmasından sonra VIII David çətin vəziyyətdə qalır. Qazan xan VIII Davidin paytaxt Təbrizə gəlməsini əmr edir. Atası II Demetrenin oxşar dəvətlə edam edildiyini nəzərə alan çar, Qazan xanın əmrinə tabe olmadı və müharibə hazırlıqlarına başladı. Qazan xan Gürcüləri cəzanlandırmaq üçün Gürcüstana ordu göndərdi. Lakin göndərdiyi ordu müvəffəqiyyətsizliyə uğradı. Bu hadisələrdən sonra Qazan xan 1299-cu ildə VIII Davidin hakimiyyətini tanımadığını elan etdi. V Georgi yeni çar elan edildi.

Elxanilər tərəfindən taxta çıxarılmasına baxmayaraq, V Georginin hakimiyyəti yalnız paytaxt Tiflisdə keçərli idi. 1302-ci ildə Qazan xan V Georginin yerinə taxta III Vaxtanqı keçirdi. Yeni çar Elxanilərə qarşı üsyan qaldıran qardaşı VIII Davidin üzərinə hücum etsə də müvəffəqiyyət əldə edə bilmədi. İki qardaşdan heç biri qalib gəlmədiyi üçün tərəflər arasında atəşkəs imzalandı. Həmçinin VIII David hakimiyyətin ortağı və Alastani knyazı olaraq tanındı. VIII David Məmlüklər və Bizans İmperiyası ilə yaxşı əlaqələr qurmağı bacardı və bunun vasitəsilə 1305-ci ildə Qüdsdəki Gürcü Pravoslav Kilsəsinin monastırlarını və kilsələrini bərpa etdirdi.

III Vaxtanqın 1308-ci ildə ölümündən sonra VIII David yenidən ölkənin rəhbərliyini əlinə aldı. VIII David isə 1311-ci ildə vəfat etdi. Ondan sonra taxta oğlu VI Georgi keçdi

Ədəbiyyatlar

  • Limper, B. Die Mongolen und die christlichen Völker des Kaukasus — Eine Untersuchung zur pol. Geschichte Kaukasiens im 13. und beginnenden 14. Jh. Diss. Köln 1980
  • Lang, D. M. Georgia in the Reign of Giorgi the Brilliant (1314–1346) BSOAS 17/1 S 74–91 London 1955
  • Kapanadse,D. G. Gruzinskaja Numizmatika Moskau 1955

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VIII David haqqında məlumat. VIII David nədir? VIII David nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    SQS

  • Fevral 27, 2026

    Klaus Fuks

  • Fevral 27, 2026

    Manipulyasiya

  • Fevral 27, 2026

    Murmansk vilayəti

  • Fevral 27, 2026

    Qızıldaş bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst