Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci il

Vətəndaş haqqında

  • Ana Səhifə
  • Vikipediya
  • Vətəndaş haqqında

Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı.

Vətəndaş haqqında
lat. Elementorvm philosophiæ sectio tertia de cive
Müəllif Tomas Hobbs
Janr esse
Ölkə
  •  İngiltərə
Orijinalın nəşr ili 1642
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı.

Məzmun

De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi. Bu əsər üç hissədən ibarətdir: Libertas (azadlıq), Imperium (hakimiyyət) və Religio (din). Birinci hissədə o, insanın təbii vəziyyətini təsvir edir, təbiətin qanunlarından bəhs edir; ikincidə isə sabit hökumətin qurulmasının zəruriliyi göstərir. Üçüncü hissədə isə din haqqında yazır.

Frontispis

Kitabın ön hissəsi Jan Matheus tərəfindən oyulmuşdur. Təbiətlə sivil həyatın arasında İncildən Süleymanın məsəlləri 8:15-dən götürülmüş “Padşahlar mənim vasitəmlə padşahlıq edir, hökmdarlar ədalətli hökmlər verir.” (lat. Per me Reges regnant et legum conditores iusta decernunt) sitatı amfora şəklində böyük pərdənin üzərində təsvir olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vətəndaş haqqında haqqında məlumat. Vətəndaş haqqında nədir? Vətəndaş haqqında nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ostqotlar

  • Fevral 27, 2026

    Gitara

  • Fevral 27, 2026

    İbn Havqəl

  • Fevral 27, 2026

    Qədiri-Xum

  • Fevral 27, 2026

    Xasavyurd rayonu

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst