Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat

Vəssaf

  • Ana Səhifə
  • Vikipediya
  • Vəssaf

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib.

Vəssaf
fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎
Doğum adı عبد الله بن فضل الله شرف الدين الشيرازي
Doğum tarixi 1257
Doğum yeri Şiraz, Elxanlılar dövləti
Vəfat tarixi 1329 (71–72 yaşında)
Vəfat yeri Marağa, Elxanlılar dövləti
Milliyyəti fars
Elm sahəsi tarix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildə Şirazda doğulmuşdudu. Elxanlı hökmdarı Olcaytu xan tərəfindən ona verilən "Vəssafül-həzrət" və bunun qısaldılmışı olan "Vəssaf" ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonra Elxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyən Qazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özü Suriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı. Yenə Rəşidəddin Fəzlullah Həmədaninin yardımıyla 24 məhərrəm 712 (1 iyun 1312) tarixində Sultaniyə şəhərində Sultan Olcaytu ilə görüşdü və əsərinin IV cildini hökmdara təqdim edərək onun təqdirini qazandı. Əsərin son cildini ancaq 1328-ci ildə tamamlaya bilən Vəssaf 1329-cu ildə vəfat etdi.

Ədəbiyyat

  • Əbdülməhəmməd Ayəti, Təĥrir-i Tarix-i Vəśśaf, Tehran, 1372, s. 329;
  • K. Jahn, "Tərcəmə-i Tarix-i Vəśśaf", Rahnüma-yi Kitab, XVIII, Tehran, 1354/1975, s. 171;
  • R. G. Kempinərs Jr., "Vassāfs Tajziyat al-amsār wa tazjiyat al-asār as a Sourcə for thə History of thə Chaghadayid Khanatə", JAH, XXII (1988), s. 160–187;
  • Erdoğan Mərçil, "Vassaf", İA, XIII, 232–234;
  • P. Jackson, "Waśśāf", EI² (İng.), XI, 174.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəssaf haqqında məlumat. Vəssaf nədir? Vəssaf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    6 oktyabr

  • Fevral 27, 2026

    Ogüst Lümyer

  • Fevral 25, 2026

    Komor adaları

  • Fevral 27, 2026

    Almanax

  • Fevral 27, 2026

    Münəccimbaşı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst