Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusund

İsgəndər 9K720

  • Ana Səhifə
  • Vikipediya
  • İsgəndər 9K720

İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

İsgəndər 9K720
İsgəndər 2010-cu ildə Rusiyada keçirilən parad zamanı
Tipi Qısa məsafəli ballistik raket
Ölkə
  •  Rusiya
İstismar tarixçəsi
İstismar illəri 2006-cı ildən günümüzə
İstismara başlanması 2006
İstismar edənlər Rusiya
İstehsal tarixçəsi
Konstruktor İsgəndər Hüseynov
Yaranma tarixi 2004
İstehsalçı Votkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası
İstehsal illəri 2006
Variantları İsgəndər-M,İsgəndər-E,İsgəndər-K
Xüsusiyyətləri
Ağırlığı 3800 kq
Sürət 2 100 m/san = 7560 km/saat
Əsas silah Qanadlı raket R-500,Yüksək partlayıcı mərmi,Termobarik silah,Nüvə silahı
Uzunluğu 7.3 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Mündəricat

Kompleksin təyinatı

Düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini ənənəvi döyüş sursatı ilə məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.

Əsas hədəfləri:

  • Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
  • Raketdən və hava hücumundan müdafiə vasitələri
  • Komanda məntəqələri və rabitə qovşaqları
  • Mülki infrastrukturun vacib obyektləri

Döyüş xüsusiyyətləri

  • Raketin başlanğıc kütləsi: 3 800 kq
  • Döyüş başlığının kütləsi: 480 kq
  • Uzunluğu 7,2 m
  • Diametri 920 mm
  • Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
  • Hədəfi vurma minimal məsafəsi: 50 km
  • Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
  • İstismar müddəti: 10 il, o cümlədən səhra şəraitində 3 il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsgəndər 9K720 haqqında məlumat. İsgəndər 9K720 nədir? İsgəndər 9K720 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Astrofizika

  • Fevral 27, 2026

    Oygen Lommel

  • Fevral 27, 2026

    Vyetnamca Vikipediya

  • Fevral 27, 2026

    İraqi Ərəb

  • Fevral 28, 2026

    Monako Vill

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst