Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Soltankənd kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Re

Uştal

  • Ana Səhifə
  • Vikipediya
  • Uştal

Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Soltankənd kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Uştal
40°42′39″ şm. e. 47°59′31″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 695 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 440 nəf.
Xəritəni göstər/gizlə
Uştal xəritədə
Uştal
Uştal

Mündəricat

Toponimikası

Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir.

Tarixi

Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var.

Coğrafiyası və iqlimi

Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub–qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var. Kəndin relyefi dağlıqdır.

Əhalisi

Uştal kəndində təxminən 104 ev var, əhalisi 531 nəfərdir ki, onun da 266 nəfəri kişi, 265 nəfəri qadındır. Kənd əhalisinin hamısı 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınlardır. Qaçqınlar əsasən Göyçə və Dərələyəz mahalındandır.

Mədəniyyət

Uştal kəndində klub, kəndin xüsusi kitabxanası, tibb məntəqəsi var.

İqtisadiyyatı

Kəndin rayonla əlaqəsi üçün yeni asfalt yol, yeni su xətti çəkilmişdir. Əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olur.

Təhsil

Uştal kəndində 2003-cü ildə yeni orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbdə 70-dən çox şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 15 müəllim məşğul olur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uştal sözünün mənası, uştal haqqında məlumat. uştal nədir? uştal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Vladimir Lenin

  • Fevral 26, 2026

    Lindon Conson

  • Mart 06, 2026

    Preşov diyarı

  • Fevral 27, 2026

    Qustav Maler

  • Mart 01, 2026

    Axeylər

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst