Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir. Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir. Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir.
| Kənd | |
| Uşquli | |
|---|---|
| gürc. უშგული | |
| |
| 42°55′04″ şm. e. 43°00′56″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
![]() Uşquli | |


Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uşquli haqqında məlumat. Uşquli nədir? Uşquli nə deməkdir?
