Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
| Uzuntala | |
|---|---|
| 41°36′56″ şm. e. 46°27′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Zaqatala rayonu |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 221 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Uzuntala | |
Coğrafiyası
Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir. Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir.
Kəndin ərazisi 622 hektardır.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır.
Mədəniyyəti
Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır.
Tarixi abidələri
Kənd XIX əsrdə tikilmiş məscid vardır.
Din
Kənddə Uzuntala kənd məscidi dini icması fəaliyyət göstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uzuntala (Zaqatala) haqqında məlumat. Uzuntala (Zaqatala) nədir? Uzuntala (Zaqatala) nə deməkdir?
