Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Umar Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Umar Əfəndiyev

Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Umar Əfəndiyev
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı
30 sentyabr 1996 – 30 noyabr 2000
Seçki dairəsi54 saylı Balakən
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıRəbiyyət Aslanova
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1950(1950-02-04)
Doğum yeri
  • Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi bilinmir
Partiya
  • bitərəf (–1998),
  • Azərbaycan Demokrat Partiyası (1998–?)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1967–1972)
Fəaliyyəti siyasətçi

Həyatı

Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972–1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973–1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981–1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.

Milliyətcə avardır.

O, vəfat edib.

Fəaliyyəti

Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir. 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Umar Əfəndiyev haqqında məlumat. Umar Əfəndiyev nədir? Umar Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Capcom

  • Fevral 24, 2026

    11 may

  • Fevral 24, 2026

    Bakı qəzası

  • Fevral 27, 2026

    Meşkinşəhr şəhristanı

  • Fevral 27, 2026

    Bretan bölgəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst