Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-bale

Ulyana Lopatkina

  • Ana Səhifə
  • Vikipediya
  • Ulyana Lopatkina

Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015).

Ulyana Lopatkina
rus. Ульяна Лопаткина
Londonun "Kovent-Qarden" teatrının səhnəsində "Qu gölü" baletinin təzimi (2009)
Londonun "Kovent-Qarden" teatrının səhnəsində "Qu gölü" baletinin təzimi (2009)
Doğum tarixi 23 oktyabr 1973 (52 yaş)
Doğum yeri Kerç, Ukrayna Sovet Sosialist Respublikası Ukrayna SSR, SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİ → Rusiya Rusiya
Həyat yoldaşı Vladimir Kornev (2001—2010)
Uşağı Mariya (2002)
Atası Vyaçeslav İvanoviç
Anası Yelena Georgiyevna
Fəaliyyəti xoreoqraf, balerina, məşhur şəxs
Fəaliyyət illəri 1991 — 2017
Mükafatları Decoration "For Beneficence"
Rusiya Federasiyasının Dövlət mükafatı Rusiya Federasiyasının xalq artisti Rusiya Federasiyasının əməkdar artisti Qızıl maska mədəniyyət sahəsi üzrə Rusiya Federasiyası Hökumətinin mükafatı
uliana-lopatkina.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur.

1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir. Aldığı zədə nəticəsində bir neçə il səhnədən uzaqlaşmaq məcburiyyətində qalmışdır. 2003-cü ilin fevralında balerina əməliyyat keçirmiş və yalnız bundan sonra yenidən səhnəyə qayıda bilmişdir.

2013-cü ilin oktyabrında Nikolay Siskaridze Vaqanova adına Rus Balet Akademiyasına rektor vəzifəsinin müvəqqəti icraçısı kimi təyin edildikdən sonra, Rusiya Mədəniyyət Nazirliyi Ulyana Lopatkinanın akademiyanın bədii rəhbəri vəzifəsinə gətirilməsini təklif etmişdir. Lakin sonra akademiya ilə heç bir müqavilə imzalanmamışdır.

Ulyana Lopatkina 16 iyun 2017-ci ildə rəsmi olaraq, rəqs karyerasının başa çatdığını elan edib.

Ailəsi

Rəssam, yazıçı və sahibkar Vladimir Kornevlə ailəli olmuşdur. Cütlük 5 iyul 2001-ci ildə ailə qurmuş, həmin ilin 25 iyulunda Vartemyagidə nikaha daxil olmuşlar. 24 may 2002-ci ildə onların qızı Mariya dünyaya gəlmişdir. Cütlük 2010-cu ildə boşanıb.

Repertuar

Ulyana Lopatkinanın "Şopeniana" baletindəki dueti, 2010-cu il.
  • "Pavlova və Çeketti", Con Noymayerin "Şelkunçik" baletindən fraqment
  • Ofeliya, Konstantin Sergeyevin "Hamlet" baletindən monoloq
  • "Jizel" (Jizel, Mirta)
  • Medora, "Korsar"
  • Sireni pərisi, "Yatmış gözəl"
  • Kitti, Pyotr Çaykovskinin "Anna Karenina" əsəri
  • Mariya Talyoni, Anton Dolinin "Pa-de-katr" baleti
  • Ölüm, "Qoyya-divertisment"
  • Nikiya, "Bayaderka"
  • Odetta və Odilliya, "Qu gölü"
  • Klemans, Raymonda, "Raymonda"
  • Zobeida, "Şəhrizad"
  • Zarema, "Bağçasaray fəvvarəsi"
  • Məhin Banu, "Məhəbbət əfsanəsi"
  • Qız, "Leninqrad simfoniyası"
  • Pəri, "Pərinin öpüşü"

Mükafatlar

  • 1991 — Vaganova-Prix balet müsabiqəsinin laureatı (Rus balet Akademiyası, Sankt-Peterburq)
  • 1995 — "Qızıl sofit" mükafatı (ən yaxşı debüt)
  • 1997 — "Qızıl maska" mükafatı
  • 1997 — "Rəqsin Benuası" mükafatı ("Korsar" baletində Medora partiyasının ifasına görə)
  • 1997 — "Baltika" mükafatı (1997; 2001)
  • 1998-ci ilin martı — London tənqidçilərinin Evening Standard mükafatı
  • 1999 — Rusiya Dövlət mükafatı
  • 2000 — Rusiyanın əməkdar artisti
  • 2006 — Rusiyanın xalq artisti
  • 2015 — Rusiya Federasiyası Hökumətinin mükafatı
  • 9 noyabr 2015 — "Qızıl sofit" mükafatı ("Marqarita və Arman" baletində Marqarita partiyasının ifasına görə)

Ədəbiyyat

  • Л. Абызова. Ульяна Лопаткина // Звезды петербургской сцены / Б. Поюровский. — М.: АСТ-Пресс Книга, 2003. — С. 131–152. — 256 с. — (Выдающиеся мастера). — 5000 экз. — ISBN 5-7805-0996-4.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ulyana Lopatkina haqqında məlumat. Ulyana Lopatkina nədir? Ulyana Lopatkina nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polşa çarlığı

  • Fevral 27, 2026

    Anatoli Novoseltsev

  • Fevral 27, 2026

    Yuventus FK

  • Fevral 23, 2026

    Monarxiya

  • Fevral 27, 2026

    Allophylus

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst