Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uillis Yucin Lemb (12 iyul 1913[…], Los-Anceles, Kaliforniya – 15 may 2008[…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşfl

Uillis Lemb

  • Ana Səhifə
  • Vikipediya
  • Uillis Lemb

Uillis Yucin Lemb (12 iyul 1913[…], Los-Anceles, Kaliforniya – 15 may 2008[…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik.

Uillis Yucin Lemb
ing. Willis Eugene Lamb
Lemb 1955-ci ildə
Lemb 1955-ci ildə
Doğum tarixi 12 iyul 1913(1913-07-12)[…]
Doğum yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat tarixi 15 may 2008(2008-05-15)[…] (94 yaşında)
Vəfat yeri
  • Tuson, Arizona, ABŞ
Milliyyəti amerikalı
Elm sahələri fizika, lazer, optika, hidrogen
İş yerləri
  • Harvard Universiteti,
  • Arizona Universiteti,
  • Kolumbiya Universiteti,
  • Yel Universiteti
Alma-mater Berkli Kaliforniya Universiteti
Təhsili
  • Berkli Kaliforniya Universiteti
Elmi rəhbəri Robert Oppenheymer
Tanınmış yetirməsi Teodor Mayman
Tanınır Lemb sürüşməsi
Lazer
Kvant optikası
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1954),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fizik Cəmiyyəti[d]
Mükafatları Fizika üzrə Nobel mükafatı — 1955 ABŞ Milli Elmlər medalı — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi.

Mündəricat

Həyatı

Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır. O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.

Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb. Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.

D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.

Kvant fizikası

Lemb sürüşməsi vasitəsilə kvant elektrodinamikasına mühüm və məşhur töhfəsinə əlavə olaraq, karyerasının son illərində o, kvant ölçmələri sahəsinə olan diqqətini daha da artırdı. Lemb yazılarının birində "Kvant mexanikasından istifadə edən insanların çoxunun mövzunun təfsiri haqqında çox şey bilməyə ehtiyacı yoxdur." deyə qeyd edirdi. Lemb həmçinin kvant mexanikasına dair bir çox təfsir tendensiyalarını açıq şəkildə tənqid edirdi.

Şəxsi həyatı

1939-cu ildə Lemb Latın Amerikasının tanınmış tarixçisi olan (və onun soyadını daşıyan) ilk həyat yoldaşı, alman tələbəsi Ursula Şeferlə evlənir. 1996-cı ildə Ursulanın vəfatından sonra o, fizik Bruria Kaufman ilə evlənsə də, sonradan onlar ayrılırlar. 2008-ci ildə o, Elsi Vattsonla evlənir.

Lemb 2008-ci il mayın 15-də 94 yaşında öd daşı xəstəliyinin ağırlaşması səbəbi ilə vəfat edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uillis Lemb haqqında məlumat. Uillis Lemb nədir? Uillis Lemb nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cefferson Devis

  • Mart 01, 2026

    Mett Deymon

  • Fevral 27, 2026

    Nepetoideae

  • Mart 01, 2026

    Güllü Yoloğlu

  • Fevral 27, 2026

    Baramaçılıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst