Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ualli atası Ahşeri üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmı

Ualli

  • Ana Səhifə
  • Vikipediya
  • Ualli

Ualli – Manna dövlətinin məlum olan beşinci hökmdarı, hökmdar Ahşerinin oğlu.

Ualli
Mannanın V hökmdarı
e.ə. 650 – e.ə. 630
ƏvvəlkiAhşeri
SonrakıErisini
Şəxsi məlumatlar
Atası Ahşeri
Uşağı Erisini
Dini Politeizm

Mündəricat

Siyasi fəaliyyəti

Ualli atası Ahşeri üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmış, oğlu Erisinini və qızını Assur hökmdarına girov göndərmişdi. Buna cavab olaraq Aşşurbanipal Mannaya özünün sülh elçisini göndərmişdi.

Ualli barədə Aşşur mənbələri

Aşşurbanipalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:

"[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar. Sonra onun oğlu Ualli onun taxtına əyləşdi."

Assur hökmdarı Aşşurbanipala (b.e.ə. 668 - b.e.ə. 635/27) aid “Rassam silindri” adlanan yazıda isə Ualli barədə belə qeyd olunmuşdu:

"Ondan sonra (Ahşeri nəzərdə tutulur) oğlu Ualli onun taxtına əyləşdi. Aşşurun, Sinin, Şamaşın, Adadın, Belin, Nabunun, Ninəvalı İştarın, Kidmurinin hakiməsi, Arbelalı İştarın, Ninurtanın, Nerqalın, Nuskunun - böyük ilahilərin, mənim hakimlərimin, qüvvətini görüb, o, mənim hakimliyimə baş əydi, canını qurtarmaq üçün günahlarını boynuna aldı, mənim hakimliyimi dilədi. Öz xələfi, oğlu Erisinnini Ninəvaya, mənim yanıma göndərdi və ayaqlarımdan öpdü. Mən ona mərhəmət göstərdim və barış üçün elçimi onun yanına göndərdim. O, öz qızını, özünün törəməsini mənə kəniz olmaq üçün göndərdi. Mənim hökmdar əcdadlarım zamanı təyin edilmiş keçmiş vergisini mənə gətirdilər. Əvvəlki vergisinə 30 at əlavə edib ona artıq vergi kəsdim."

Həmçinin bax

  • İranzu
  • Aza
  • Ulusunu
  • Ahşeri

Həmçinin bax

  • Mannalılar
  • Azərbaycan türklərinin etnogenezi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ualli haqqında məlumat. Ualli nədir? Ualli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Reyn vilayəti

  • Fevral 27, 2026

    Göyçə mahalı

  • Fevral 27, 2026

    Death Note

  • Fevral 25, 2026

    Pluton

  • Fevral 11, 2026

    Karboniya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst