Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).
| Təyyar Abbasov | |
|---|---|
| Təyyar Fərzulla oğlu Abbasov | |
| Doğum tarixi | |
| Doğum yeri | Azərbaycan, Masallı, Yelağac |
| Vəfat tarixi | |
| Vəfat yeri | Azərbaycan, Bakı |
| Vətəndaşlığı | |
| Milliyyəti | Azərbaycanlı |
| Elm sahəsi | fizika-riyaziyyat |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
| Elmi adı | professor |
Həyatı
Təyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 7-də Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti
T.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 1978–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir.
Həmçinin bax
- Maarif Əkbərov
- Solmaz Mustafayeva
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təyyar Abbasov haqqında məlumat. Təyyar Abbasov nədir? Təyyar Abbasov nə deməkdir?