Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tərtərin bombalanması — İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər

Tərtərin bombalanması

  • Ana Səhifə
  • Vikipediya
  • Tərtərin bombalanması

Tərtərin bombalanması — İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsidir. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır.

Tərtərin bombalanması
Tarix 28 oktyabr 2020
10 noyabr 2020
Yeri Tərtər rayonu
Tərtər şəhəri
Qurbanlar
Ölənlərin sayı 17 nəfər
Zədəlilər 63 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlarda erməni qüvvələri tərəfindən hədəf alınır. Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirir. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir.

Human Rights Watch erməni qüvvələri tərəfindən uşaq bağçaları və xəstəxanalar kimi dövlət və mülki obyektlərə yönəlmiş bir çox hədəf hücumlarını təsdiqləyir, üstəlik erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərinə qanunsuz olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə cinayətləri olduğunu da bildirir. Şəhəri davamlı bombardman etmək Azərbaycan hakimiyyətini Tərtəri Azərbaycanın Stalinqradı kimi etiketləməyə sövq edir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı Tərtəri sonrakı Ağdama (Yerli əhali tərəfindən Qafqazın Xirosiması adlandırılır.) çevirməyə çalışmaqda günahlandır.Türkiyə dəfn mərasimi zamanı ermənilərin Tərtərdə bir qəbiristanlığı atəşə tutmalarını qınayır, hadisə yerində olan xarici jurnalistlər və Human Rights Watch məlumatı təsdiqləyir.

Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.

Mündəricat

Xəsarət alanlar

Mülki itkilər

29 oktyabr tarixində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə zamanı Tərtər rayonunda bombardman nəticəsində 17 mülki şəxsin öldüyünü və 61 nəfərin yaralandığını bildirir. Onun sözlərinə görə, ümumilikdə təxminən 1200 nəfər bombardmandan əziyyət çəkmişdir. Azərbaycan hakimiyyəti daha sonra iki mülki şəxsin xəsarət aldığını bildirir.


Azərbaycan səlahiyyətliləri bombardman nəticəsində Tərtər rayonu ərazisində dörd minə yaxın mülki obyektin zərər gördüyünü bəyan edir. Bombardman nəticəsində Tərtərin azərbaycanlı əhalisinin böyük bir hissəsi didərgin düşür və normalda təxminən 100.000 insanın yaşadığı Tərtər şəhəri bombardmana görə bir xəyal şəhərinə çevrilir. Tərtərdə qaçqınlar əksər məktəblərdə, uşaq bağçalarında, kafelərdə, restoranlarda, xəstəxanalarda və başqa yerlərdə qalmaq məcburiyyətində qalır. Azərbaycan hakimiyyəti Tərtər şəhərinin oktyabr ayında sakinlərin bombardmandan sığınacaq axtarması ilə boşaldığını bildirir. Tərtərli qaçqınların bir çoxu şərqdə, cəmi 20 kilometr (12 mil) məsafədə olan Bərdəyə köçür. Onlara Bərdə məktəblərində iki aydan çox qalmalarına icazə verilir, lakin binalar erməni klaster raket hücumlarına məruz qaldığından onlar evakuasiya edilir. Şəhərdə qalan bəzi Tərtər sakinləri evlərinin zirzəmilərinə sığınır.

İnfrastruktura dəyən zərər

Müharibənin ikinci günündə Azərbaycan Prezident Administrasiyası Tərtər rayonuna bir gündə 2 mindən çox mərmi düşdüyünü bildirdi. 29 oktyabr tarixində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, müharibə zamanı erməni qüvvələri rayon ərazisinə 15.500 mərmi atmış, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi düşmüşdür. Onun sözlərinə görə, 29 oktyabr tarixinə qədər 133 ev tamamilə dağıdılmış, 873 ev, həmçinin 14 məktəb, üç xəstəxana və 18 dövlət binası qismən ziyan görmüşdür. 5 noyabrda Euronews, şəhərin yaşayış və ticarət bölgələrinin ciddi ziyan gördüyünü bildirir.

Noyabr ayının əvvəlində Azərbaycan hökuməti tərəfindən yaradılan işçi qrupları müharibə zamanı dəymiş ziyanı qiymətləndirməyə başladmış və ziyan həddən artıq çox olduğu üçün üç işçi qrupu Tərtər rayonuna göndərilmişdir. 24 noyabrda Tərtərə göndərilən işçi qrupların rəhbəri Qubad Heydərov bildirmişdir ki, araşdırma işləri başa çatmaqla 611 fərdi ev və 147 mənzil daxil olmaqla 796 ziyan dəymiş əmlak artıq yoxlanılmışdır. 14 yanvar 2021-ci ildə Heydərov bombardman zamanı ümumilikdə 3800 obyektin zədələndiyini, 76-nın isə tamamilə yararsız vəziyyətdə olduğunu və bərpa oluna bilməyəcəyini bildirir. Təxminən 600 obyektin nəzərdən keçirilməsinin planlaşdırıldığını da əlavə edir.

Amnesty International 14 yanvar 2021-ci ildə Şıxarxda inşa edilmiş 34 mənzilli binadan ən azı 25-nin vurulduğunu, səkkiz binanın damının dağıldığını və yüzlərlə digər mənzilin, inzibati binanın müxtəlif dərəcələrdə ziyana məruz qaldığını bildirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərtərin bombalanması haqqında məlumat. Tərtərin bombalanması nədir? Tərtərin bombalanması nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Burun

  • Fevral 24, 2026

    10 sentyabr

  • Fevral 27, 2026

    Key Okami

  • Fevral 27, 2026

    Qaraqoyunlular dövləti

  • Fevral 27, 2026

    Volkswagen Beetle

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst