Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tənənəm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Naxçıvan-Sədərək avtomobil yolundan 9 kilometr aralıda yerləşir.

Tənənəm

  • Ana Səhifə
  • Vikipediya
  • Tənənəm

Tənənəm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Naxçıvan-Sədərək avtomobil yolundan 9 kilometr aralıda yerləşir.

Tənənəm
39°30′46″ şm. e. 45°10′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şərur rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.288 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Tənənəm xəritədə
Tənənəm
Tənənəm

Mündəricat

Tarixi

Kənddəki tarixi abidələrin XIV əsrə aid olduğu ehtimal edilir. Kəndin 3 km. şimal-şərqində Qazma mağarası, şərq hissəsində Tunc dövrünə aid "Cənnət qayası" adlanan abidə yerləşir.

Tənənəm qədim yaşayış məskənlərindən biri kimi

Qazma mağarası ərazisində aşkarlanmış maddi mədəniyyət nümunələri sübut edir ki, bu kənd ölkəmizin ərazisində ən qədim insan yaşayış məskənlərindən biridir. Abidə Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. Paleolit dövrünün abidəsidir. O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. 1987–1990-cı illərdə Ə. Q. Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir.

Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır. Altıncı təbəqə müxtəlif maddi mədəniyyət qalıqları ilə zəngin olmuşdur. Bu təbəqədə daş alətlərdən başqa üç tərəfdən yastı daşlarla əhatələnmiş iki ocaq aşkar olunmuşdur. Ocaqlardan xeyli qaralmış sümük tapılmışdır. Əmək alətləri əsasən obsidiandan hazırlanmışdır. Bundan başqa çaxmaqdaşı (21 ədəd) və daşlı şistdən (5 ədəd) hazırlanmış alətlərə də təsadüf olunmuşdur. Əmək alətlərinin hazırlandığı bütün daş növləri yerlidir. Xeyli miqdarda istehsal tullantısının – nukleus, qəlpə, obsidian və çaxmaqdaşı sınıqlarının aşkar edilməsi göstərir ki, daşın ilkin emalı mağarada olmuşdur. Dördüncü təbəqədən daş alətlərlə bərabər sümük alətlər də aşkar edilmişdir. Onlar biz, bıçaq, kəsici və oyucu alətlərdən ibarətdir. Aşkar olunmuş tapıntılar göstərir ki, Qazma mağarasında Mustye dövründə uzun müddət yaşayan qədim sakinlərin əsas təsərrüfat forması ovçuluq olmuşdur.

Əhalisi

Əhalisi 819 nəfərdir.(2009-cu il)

İqtisadiyyatı

Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tənənəm sözünün mənası, tənənəm haqqında məlumat. tənənəm nədir? tənənəm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosmosun tədqiqi

  • Mart 05, 2026

    Bitboks

  • Fevral 27, 2026

    Cəfər Qiyasi

  • Mart 01, 2026

    Cryptocarya meisneriana

  • Mart 06, 2026

    Bellini

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst