Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu apa

Tənəffüs aparatı

  • Ana Səhifə
  • Vikipediya
  • Tənəffüs aparatı

Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır.

Tənəffüs aparatı
Tənəffüs aparatı (sxematik)
Tənəffüs aparatı (sxematik)
Latınca apparatus respiratorius
Qrey subyekt 240 1070
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır. Qırtlağın ardını isə nəfəs borusu təşkil edir. Nəfəs borusu öz növbəsində qida borusunun öü ilə aşağı doğru gedərək döş boşluğuna daxil olaraq, burada iki şaxəyə — sağ və sol bronxlara bölünür. Bronxlar isə ağciyərlərə daxil olaraq şaxələnərək, ağciyər alveollarına (qovuqcuqlarına) keçir.

Alınan hava burun boşluğundan, xoanalardan, ağız boşluğundan, əsnəkdən udlağa və buradan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Buradan hava bronxlar vasitəsilə ağciyər alveollarına daxil olur. Qırtlaq, nəfəs borusu və bronxlar aşağı tənəffüs yolları adlanır. Qırtlaq nəfəs yolu vəzifəsindən əlavə səs aparatı vəzifəsini də görür; nəfəs verildikdə burada olan səs telləri ehtizaza gələrək nəticədə səs meydana çıxır.

ağciyərlər döş boşluğunda yerləşərək xaricdən plevra — lat. pleura adlanan seroz qişa ilə əhatə olunmuşdur. Ağciyərlər alveollarına daxil olan hava ilə kapilyarlarda cərəyan edən qan arasında qazlar mübadiləsi gedir. Alveollarda olan oksigen qana keçir, qanda olan karbon qazı isə alveollara keçir ki, nəfəs verildikdə xaricə çıxarılır.

Həmçinin bax

  • Amifenazol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tənəffüs aparatı sözünün mənası, tənəffüs aparatı haqqında məlumat. tənəffüs aparatı nədir? tənəffüs aparatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tripolitaniya

  • Fevral 27, 2026

    Qanq çayı

  • Mart 01, 2026

    Bor oksidi

  • Fevral 27, 2026

    Xavəran

  • Fevral 27, 2026

    Snoop Dogg

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst