Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəa

Təchizat Zənciri

  • Ana Səhifə
  • Vikipediya
  • Təchizat Zənciri

Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir.

Təchizat Zəncirinin İdarəolunması

Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir.

Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır. Əgər tələb təklifədn çox olarsa onda inventarlar bitəcək və şirkət bazarın tələbatını qarşılaya bilməyəcək. Bu halda müştərilər narazı olacaq. Əgər tələb təklifdən az olarsa, bu zaman inventarlar artacaq. Bu da nağd pulun anbarda istifadəsiz inventar kimi qalması deməkdir. Beləliklə, şirkətin likvidliyi azalacaq və maliyyə xərcləri artacaq.

Təchizat zəncirini optimallaşdırmaq üçün müxtəlik üsullardan istifadə olunur. Şirkətlərin böyüklüyündən, xammal və məhsulların növündən asılı olaraq fərqli yanaşmalar ola bilər. Hal-hazırda beynəlxalq praktikada ən çox işlənən üsullar bunlardır:

§ Strateji satınalma – ucuz xammal və işçi qüvvəsi olan ölkələrdəki şirkətlərlə əməkdaşlıq. Məsələn bütün dünya üzrə satılan kompüterlərin böyük əksəriyyəti Çində istehsal olunur.

§ Just in Time – (azn.– məhz zamanında) Yaponiyada inkişaf etdirilmiş bu üsul şirkətlərin inventarlarını azaltmaq üçün istifadə edilir. Əsas məqsəd istafədə olunacaq xammalın tam zamanında (istehsal olunan gündə) çatdırılmasıdır. Beləliklə, şirkət heç inventar saxlamı olmur. Məsələn, kompüter istehsalçısı Dell bu metoddan istifadə edərək bir çox müvəffəqiyyətlər qazanmışdır.

§ Logistika optimallaşdırılması – çatdırılma yollarının analizi, konteyner tutumunun maximum istifadəsi və s. bu kimi üsulların tətbiqi üçün uyğun proqramlardan istafadə edərək.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təchizat zənciri sözünün mənası, təchizat zənciri haqqında məlumat. təchizat zənciri nədir? təchizat zənciri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Paviya

  • Fevral 25, 2026

    Çim

  • Mart 05, 2026

    Kamil Nəsibov

  • Mart 01, 2026

    Anabar çayı

  • Fevral 27, 2026

    Çartizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst