Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tuqdame — Kimmer, skif və sakların birgə yaratdığı Kimmer padşahlığının xanı. Kimmerlərin bu xanı eradan əvvəl 640-cı ildə Midiya çarının ordusunu məğlub etmiş

Tuqdame

  • Ana Səhifə
  • Vikipediya
  • Tuqdame

Tuqdame — Kimmer, skif və sakların birgə yaratdığı Kimmer padşahlığının xanı. Kimmerlərin bu xanı eradan əvvəl 640-cı ildə Midiya çarının ordusunu məğlub etmiş və Manna ərazisində saklara da başçılıq etmişdir.

Tuqdame
Yunanca: Tiqdamis
Akkadca: Duqdamme
Assurca: Tuqdamme
Türkcə: Toxtamış; Tuğtamış (ehtimal)
Kimmer xaqanı
ƏvvəlkiTeuşpa
SonrakıSandakşatra
Şəxsi məlumatlar
Fəaliyyəti lider

İranşünaslar bu adı osetin dilində "qüvvə ilə bəzəyən" (rus dilində "украшайуший силой") kimi izah edirlər.. Assur mənbələrində Tuqdame kimi yazılan bu adı yunan müəllifi Strabon Liqdamis kimi vermişdir . Əgər adın sonunu təşkil edən "is" hissəsi yunan dilində əlavə olunmuş şəkilçi deyilsə, ondan güman etmək olar ki, çarın əsl adı Tuqdamis olmuşdur ki, bu da türk mənşəli Toktamış (Qızıl Orda dövlətinin XIV əsrdə başçısı olmuş məşhur Toxtamış xanın adını xatırlayın) adı ilə eynidir. Toxtamış türk dillərində (o cümlədən Azərbaycan dilində) olan toxta "səbir et", "tələsmə", "dayan" sözündən və -mış şəkilçisindən ibarət olmaqla körpənin sağ qalması, yaşaması, ölməyə tələsməməsi arzusu ilə valideynləti tərəfindən verilən addır. Belə strukturlu şəxs adları qədim türk xaqanları və əmirləri üçün səciyyəvidir.

Qədim türklərdə oğlan uşağına advermə mərasimi

Qədim türklər min illər boyu müharibələr, hərbi yürüşlər, başqa xalqlarla toqquşmalar şəraitində yaşamışdır. Ona görə də oğlan uşaqlarının gələcəkdə igid, bahadır, yaxşı atıcı, mətanətli, sağlam, vuruşqan, qüvvətli, adlısanlı, həm də tabeliyində olanlara qarşı mərhəmətli, ağıllı, nəhayət, qızıl və daşqaşla varlı olması arzusu ilə valideynləri onlara bu sifətləri bildirən adlar qoyurdular.

Əgər bu çarın adı assur dilində qeyd olunan formada, yəni Tuqdame olmuşsa, onda onun qədim türk dillərindəki tuğ "döyüş bayrağı" (belə bayraq müqəddəs sayılırdı) və tomay "sipər" və ya toma "bəzək" sözlərindən ibarət olduğunu güman etmək olar. Belə halda Tuqdame əslində Tuqdomay "tuğ-sipər", ya da Tuqtoma "tuğun bəzəyi" (məcazi mənada "döyüşdə əlində tuğ tutan") mənasındadır. Qədim türk xaqanları içərisində Tuğ-Təkin (təkin (tigin) "şahzadə" deməkdir), Tuk-Temir, Tukluk və s. adlarını daşıyan xaqanlar məlumdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tuqdame haqqında məlumat. Tuqdame nədir? Tuqdame nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Tüfeyl

  • Mart 01, 2026

    Kromanyon

  • Fevral 25, 2026

    Elmlər doktoru

  • Fevral 27, 2026

    Robert Pil

  • Fevral 27, 2026

    Hiroşima

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst