Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.
| Tu-160 | |
|---|---|
| Туполев Ту-160 | |
| |
| Tipi | Strateji bombardmançı təyyarə |
| Hazırlayan | Tupolev |
| İstehsalçı | |
| Baş konstruktor | Valentin Bliznuk |
| Dizayner | Tupolev |
| İlk uçuş | 18 dekabr 1981 |
| İstismara verilmə tarixi | 23 aprel 1987 |
| İstismarçılar | |
| Buraxılış sayı | 35 (27-si seriyalı istehsal, 8-i prototip) |
| Vahidinin qiyməti | 250 milyon USD (1993-cü ildə) |
İstifadəçilər
- Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu. 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.
Keçmiş istifadəçilər
- Ukrayna Hərbi Hava Qüvvələri: Sovet İttifaqının süqutundan sonra 19 ədəd Tu-160 Ukrayna Silahlı Qüvvələrinin tabeçiliyində qalır, lakin 1999-cu ildə borcun ödənilməsi məqsədilə 8 ədəd Tu-160 Rusiyaya verilmişdir. Hazırda 1 ədəd Tu-160 döyüş təyyarəsi Poltava şəhərində yerləşən "Aviasiya Muzeyi"ndə saxlanılır.
SSRİ
Xüsusiyyətləri

Ümumi göstəriciləri
- Ekipaj: 4 (pilot, co-pilot, bombardmançı, müdafiə sistemi üzrə zabit)
- Uzunluq: 54.1 metr
- Yüksəklik: 13.10 metr
- Qanad açıqlığı: 35.60 metr
- Boş çəki: 110,000 kq
- Maksimum qalxma ağırlığı: 275,000 kq
- Mühərrik: 4 Samara/trud NK-321 turbofan
- Uçuş məsafəsi: 15,000 km
Uçuş göstəriciləri
- Maksimum sürət: 2.05 mach (2,200 km/s)
- Xidmət tavanı: 14,700 metr
- Döyüş radiusu: 7,300 km
- Yüksəkliyə qalxma sürəti: 70 m/s
- Qanad yüklənməsi: 742 kq/m²
- Çəkmə gücü/çəki: 0.37
Həmçinin bax
- Tupolev Tu-95
- Tupolev Tu-144
- Rusiya Silahlı Qüvvələri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tupolev Tu-160 haqqında məlumat. Tupolev Tu-160 nədir? Tupolev Tu-160 nə deməkdir?
