Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tsitsamuri döyüşü (gürcücə:წიწამურის ბრძოლა) — Kaxetiya çarlığının hökmdarı I Teymurazla Səfəvi imperiyasının sərkərdəsi Əliqulu xan Şamlı arasında 1615-ci ildə

Tsitsamuri döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Tsitsamuri döyüşü

Tsitsamuri döyüşü (gürcücə:წიწამურის ბრძოლა) — Kaxetiya çarlığının hökmdarı I Teymurazla Səfəvi imperiyasının sərkərdəsi Əliqulu xan Şamlı arasında 1615-ci ildə baş vermiş döyüşdür.

Tsitsamuri döyüşü
Kaxetiya üsyanı (1615)
Tarix 1615
Yeri Tsitsamuri, Gürcüstan
Səbəbi Gürcülərin Səfəvi hakimiyyətinə qarşı üsyan qaldırmaları
Nəticəsi Səfəvilərin məğlubiyyəti
Münaqişə tərəfləri

Kaxetiya çarlığı

Səfəvi imperiyası

Komandan(lar)

I Teymuraz

Əliqulu xan Şamlı

Tərəflərin qüvvəsi

Bilinmir

15 min

    Mündəricat

    Döyüş

    Döyüş I Teymurazın, David Jandierinin və Nodar Corcadzenin 15 sentyabr 1615-ci ildə Səfəvi imperiyasına qarşı üsyana qalxmasından sonra baş vermişdir. Üsyana cavab olaraq Səfəvi hökmdarı I Abbas öz sərkərdəsi Əliqulu xan Şamlını cəzalandırma üçün göndərmişdir. Onun ordusuna 15 min qızılbaş daxil idi. Üsyançıların mərkəzi olan və Tsitsamuri kəndi yaxınlığında yerləşən qala əsas hədəf olaraq seçilmişdi. Gürcü üsyançı dəstələri günorta saatlarında qızılbaş ordusuna hücum etdilər. Gürcü ordusunun mərkəzdəki qüvvələrinə I Teymuraz, sağ və sol cinahlardakı dəstələrə isə, David və Nodar komandanlıq etməkdəydilər. Qızılbaş ordusunun əsas qüvvələri mərkəzdə yerləşdirilmişdi. Ordunun mərkəz bölmələri məğlub edildikdən sonra, sağ və sol cinahlar da qısa zamanda geri çəkildi. Geri çəkilən qızılbaş ordusu gürcülər tərəfindən təqib edildi və bir çoxu qətlə yetirildi. Sağ qalanlardan bəziləri Araqvi və Kür çaylarında boğuldular.

    Səfəvi ordusu geri çəkilərkən xeyli sayda qəniməti öz düşərgələrində tərk etməyə məcbur oldular. Xeyli sayda qənimət gürcülərin əlinə keçdi. Müasir gürcü tarixçilərindən olan Parsadan Qorgicanidzenin bildirdiyinə görə, Səfəvilərin dəvələri ələ keçirildikdən sonra bazarlarda dəvələrin qiyməti yarıya qədər enmişdi.

    Nəticə

    1615-ci ildə qələbə qazanılmasına baxmayaraq, üsyan növbəti il yatırıldı. Bu səfərki yürüşə I Abbas şəxsən özü komandanlıq etməklə birlikdə, daha böyük ordu ilə gəlmişdi. I Teymuraz yenidən İmeretiyaya qaçmağa məcbur oldu. Kiçik üsyançı dəstələrlə dağlıq ərazidə mübarizə aparmağın çətinliyini dərk edən I Abbas böyük ordularını darmadağın etdikdən sonra gürcüləri cəzalandırmaq üçün onlardan yüz minlərlə insanı imperiyanın mərkəzi bölgələrinə deportasiya etdirdi. Bir xeyli insan isə üsyanların yatırılması və cəzalandırılması prosesi zamanı həyatını itirdi.

    Həmçinin bax

    • Ağaiani döyüşü
    • Şah I Abbasın Kartli və Katexiyaya yürüşləri
    • Martqopi döyüşü

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tsitsamuri döyüşü haqqında məlumat. Tsitsamuri döyüşü nədir? Tsitsamuri döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Gəmi ranqı

    • Mart 01, 2026

      Reynolds ədədi

    • Mart 01, 2026

      Darğalar

    • Fevral 27, 2026

      Bos

    • Fevral 27, 2026

      Vətənə xəyanət

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst